Azərbaycan Alban-udi xristian dini icması bəyanat yaydı

Azərbaycan Alban-Udi xristian dini icmasının sədri Robert Mobili icma adından bəyanat yayıb.

"dogruxeber.tv" xəbər verir ki, bəyanatda deyilir:

“Uca Yaradanımızın adı ilə!

Biz – Alban Apostol Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icması işğaldan azad olunmuş ərazilərdə son bir ildə tarixi-dini abidələrin, o cümlədən xristian alban irsinə aid məbədlərin qorunması və bərpası istiqamətində həyata keçirilən ardıcıl tədbirləri yüksək qiymətləndirərək dəstəkləyir, Azərbaycan dövlətinin iradəsi və əzmi sayəsində bu prosesin mümkün qədər qısa vaxtda uğurla başa çatacağına inamımızı ifadə edirik.

Eyni zamanda, bəyan edirik ki, ciddi mina təhlükəsinin olmasına, çətin yolsuzluq şəraitinə baxmayaraq, alban-udi dini icmasının üzvlərinin işğaldan azad olunmuş ərazilərdəki tarixi alban məbədlərini ziyarət etmələri üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir. Nəticədə biz udilər son bir ildə Alban Apostol Kilsəsinin mənəvi varisləri kimi işğaldan azad olunmuş Laçındakı Ağoğlan, Kəlbəcərdəki Xudavəng monastrlarını, eləcə də Hadrut qəsəbəsi və Tuğ kəndindəki alban məbədlərini dəfələrlə ziyarət edə bilmişik.

Qeyd edək ki, Qafqazda xristianlığın rəsmi din kimi strukturlaşmasının tarixi Alban kilsəsindən başlayır. Qədim qaynaqlar sübut edir ki, tək Azərbaycanın deyil, bütün Qafqazın dini-mədəni həyatında silinməz izlər qoymuş Alban kilsəsi xristian dünyasında ən qədim kilsələrdən biridir və apostol mənşəlidir. Alban kilsəsinin qədimliyini təkcə tarixi faktlar yox, həm də mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış qədim alban məbədləri təsdiqləyir.

Təəssüf ki, müxtəlif təzyiq və təsirlərdən sonra 1836-cı ildə Alban Apostol Kilsəsi ləğv edilmiş, onun maddi və mənəvi irsinin bir qisminə Erməni Qriqoryan Kilsəsi sahib çıxmağa çalışmışdır. Nəticədə Azərbaycanda, xüsusilə Qarabağda tarixi alban məbədlərinin böyük bir qismi qriqoryanlaşdırılmış, tarixi abidələrimizlə yanaşı, arxiv materialları və sənədlər saxtalaşdırılmışdır. Alban irsinin, o cümlədən yaşı yüz illərlə, hətta min illərlə ölçülən Alban məbədlərinin qriqoryanlaşdırılması son yüz ildə Ermənistanın dövlət siyasətinə çevrilmişdir. Bunun nəticəsidir ki, indiki Ermənistan ərazisində və Azərbaycanın işğal edilmiş torpaqlarında bir dənə də olsun alban məbədi saxlanılmamışdır. Ermənistan ya Alban məbədlərinin arxitekturasını dəyişdirərək qriqoryanlaşdırmış, ya da arxitekturasını dəyişdirə bilmədiyi məbədləri dağıtmışdır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən və ölkəmizdə vicdan azadlığı tam təmin olunduqdan sonra Alban Apostol Kilsəsinin statusunun bərpası və üzləşdiyimiz ədalətsizliyin aradan qaldırılması üçün tarixi fürsət yaranmışdır. Udi ziyalılarının təşəbbüsü ilə 2003-cü ildə Alban-Udi xristian icması yaradılmış və dövlət qeydiyyatından keçmişdir. Dini icmanın qeydiyyatı Alban apostol avtokefal kilsəsinin dirçəldilməsi yolunda ilk addımdır. Azərbaycan hökumətinin dəstəyi ilə Şəki rayonu, Kiş kəndində yerləşən və Qafqazda “kilsələrin anası” hesab olunan apostol Yelisey məbədi bərpa edilmiş, 2006-cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonu, Nic qəsəbəsindəki “Çotari” Alban-udi kilsəsinin rəsmi açılışı olmuşdur.

Təbii ki, Alban-udi xristian icmasının dirçəldilməsi və alban abidələrinin bərpası tarixi ədalətsizliyin aradan qaldırılması, ölkəmizdəki tolerantlıq mühitinin qorunub-saxlanılması baxımından təkcə Azərbaycan deyil, həm də bütün xristian dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Biz udilər Alban Apostol Kilsəsinin mənəvi varisləri olaraq Qəbələ və Oğuzdakı alban məbədləri kimi, işğaldan azad edilmiş ərazilərimizdəki digər alban məbədlərinin də yüksək səviyədə bərpa olunacağına inanırıq.

Eyni zamanda, Azərbaycan xalqının tolerantlığı, Azərbaycan dövlətinin bütün dinlərin nümayəndələrinə olan qayğısı və dəstəyi onu deməyə əsas verir ki, Erməni Qriqoryan Kilsəsinin mənsublarına da humanist münasibət göstəriləcəkdir. Bu hörmətin bariz nümunəsi Bakı şəhərinin mərkəzində yerləşən Azərbaycan hökuməti tərəfindən qorunub-saxlanılmış, restavrasiya olunmuş “Müqəddəs Qriqori” erməni kilsəsidir. Əsrlərboyu Erməni Qriqoryan Kilsəsinin təsir və təzyiqlərinə, mənimsəmə və saxtalaşdırmaqla Alban irsinə böyük zərbə vurmasına baxmayaraq, sülh və insanlıq naminə biz də Erməni Qriqoryan Kilsəsi ilə əməkdaşlığa, işğaldan azad edilmiş ərazilərdə birgə yaşamağa hazır olduğumuzu bildiririk.

Uca Yaradan yardımçınız olsun!“

Oxunub: 514

Son xəbərlər

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bütün xəbərlər