Balaca rayonun ölkə boyda dərdi var -  İcra başçısı isə... // VİDEO

"dogruxeber.tv" informasiya portalına ən çox şikayət ünvanlayan rayonlardan biri də Samux rayonudur. Bu rayonda problemlər bitmir ki, bitmir... Əksinə, hər gün daha da artır. Maraqlısı və acınacaqlısı da odur ki, bu bölgədə hər sahədə narazılıqlar mövcuddur.

İşsizlik problemi bu günün artıq, "təbii" qarşılanan reallığıdır. Sakinlər buna demək olar ki, öyrəşdiyi üçün artıq adi baxırlar. Təsərrüfatla məşğul olmaq üçün isə yerli sakinlər "ixtiyar sahibi deyillər". Yəni, yerlərdə fəaliyyət göstərən bələdiyyə sədrləri və icra nümayəndələri, ən yaxşı torpaqları öz şəxsi mülkləri kimi istifadə edirlər. Məsələn, elə ötən yayımlarımızda Samux rayon Nabiağalı qəsəbəsində bələdiyyə sədri Xətai Cəfərovun tabeçiliyində olan əraziləri diqqətinizə çatdırmışdıq. Həmçinin, İcra başçısı Alı Qocayevin Gəncədən gətirib önəmli vəzifələrlə təmin etdiyi xanımlar barəsində məlumat, eyni zamanda heçolmasa xadimə işi ilə təmin olunmaq üçün redaksiyamız vasitəsilə Prezidentə müraciət edən Nəbiağalı qəsəbə sakini Gülnarə xanımın da görüntülərini yayımlamışdıq.

Qocayevin öz laqeydliyi ilə cavanlığını əlindən aldığı Samux rayonu 21-ci əsrdə inkişaf etmək, irəli getmək yerinə, günü-gündən daha da geriləməkdədir. Hələ meşələrinin qırılıb, yerinin pay torpaq kimi istifadə edilməsi, məişət tullantıları ilə "zəngin" olan, "Balaxanı zibilliyi"ni xatırladan digər meşə zolağı və ən nəhayət illərdir ki, hər dəfə təkrar-təkrar toxunduğumuz işıq dirəkləri və işıq xətləri problemi. Bütün bunlar hamısı bir rayonda, bu il, bu ay 30 yaşını tamamlayacaq Samux rayonunda yaşanır.



Görüntülərdə gördüyünüz kimi Samux rayonunun Sərkar kəndində işıq dirəkləri demək olar ki, yoxdur, işıq xətləri yerdən bir neçə santımetr yuxarı ilə, bəzi yerlərdə çəpərlərin üstü, bəzi yerlərdə yaşıllıq ağaclarının üstü ilə aparılır. Daha doğrusu aparılmır, özü gedir. Çünki, bu rayonda bu sahəyə diqqət edən ümumiyyətlə yoxdur. Ola bilər ki, bizim dərc etdiyimiz bu məlumatlardan sonra bu sahədə məsul olan şəxslər ortaya çıxıb bizi qınasınlar ki, "niyə yoxdur, mən varam, bu da mənim sənədlərim". Hə, doğrudur, biz də bilirik ki, sənəd üzərində bu vəzifəni daşıyan və bunun üçün dövlət büdcəsindən əmək haqqı alan biri var. Amma, hansı əməyin haqqını alır, bax bu sual altındadır. Çünki, ortada gözlə görünən bir əmək yoxdur. Yerli sakinlər "dörd gözlə" yaşamağa məhkumdurlar. Bilmirlər yüksək gərginlikli elektrik xətlərindən özlərini qorusunlar, yoxsa övladlarını, yoxsa yeganə dolanışıq mənbəyi olan mal-qaralarını?!

Adi bir işıq dirəkləri üçün rayon sakinləri mətbuat vasitəsilə ölkə başçısına müraciət edirsə, demək ki, o rayon baxımsız qalıb. O rayonun rəhbərliyi idarəetməni itirib. Bunun başqa adı yoxdur.

Yeri gəlmişkən, bir acınacaqlı durumu nəzərinizə çatdıraq ki, bir neçə il öncə Samux rayon Nabığalı qəsəbə sakini Məmmədov Cavanşirin 8 yaşlı övladı yerə düşən bu cür yüksək gərginlikli elektrik xəttinin qurbanı olub. Bu belə bugünə qədər Samux rayonunda səlahiyyət sahiblərini zərrə qədər narahat etməyib. Məhz bu səbəbdən də hələ də problemlər mövcuddur və bu gedişlə, nə qədər ki, bu gün Samux rayonunda səlahiyyət sahibi olanlar, (bələdiyyədən tutmuş, İcra başçısına qədər) o kürsüdə əyləşməyə davam edəcəklər, bir o qədər də problemlər olacaq və artacaq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər