Eldar Mahmudovun quldur dəstəsinin "DƏLİ İYNƏSİ"

Bakı Hərbi Məhkəməsində aylardır davam edən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev və onunla birlikdə mühakimə olunan istintaq idarəsinin rəisi müavini Yasin Məmmədov, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmədə sensasion bir məqam diqqət çəkib.

Cinayət işi üzrə zərərçəkmiş Elşən Mədətov deyib ki, MTN-də onu hansısa iynəni vuraraq öldürməklə hədələyiblər.

"dogruxeber.tv" “Yeni Müsavat”a istinadən xəbər verir ki, həmin iynə, onun dediyi kimi, təsirini bir neçə ay sonra göstərməli idi. “Vüsal Ələkbərov dedi ki, sənə ”ölüm iynəsi" vuracağıq, iki ay saxlayıb, üzr istəyib sonra buraxacağıq. Yeddi-səkkiz ayın içində havalanıb öləcəksən" deyən E.Mədətov 100 min dollar verməklə razılaşdıqdan sonra sərbəst buraxılıb.

Xüsusi xidmət orqanlarında xüsusi iynələr olduğu haqda həmişə danışılıb. Məsələn, elə iynə var ki, kimə vursan bildikləri bütün həqiqətləri özündən asılı olmayaraq danışacaq. Eləcə də vurulduqdan sonra insanlarda müxtəlif xəstəliklər yaradan iynələrin olduğu haqda da çoxsaylı iddialar var. O halda E.Mahmudovun dəstəsinin həbs etdikləri adamları bu cür təhdid etmələri təsadüfi ola bilməz. Belə bir “iynə” həqiqətən varmı, dünyanın xüsusi xidmət orqanlarında real olaraq istifadə edilirmi, yoxsa, sadəcə, bu bir psixoloji terrordur? Vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a qeyd etdi ki, belə dəqiq informasiya əlimizdə yoxdur: “Amma təhlükəsizlik orqanlarının sərəncamında bir sıra texniki, dərman vasitələri var. Bu vasitə ilə saxlanılan, istintaqı gedən şəxslərə təsir etmək imkanı olur. Misal üçün, xaricdən gətirilmiş dərman preparatları ola bilər ki, ciddi təsir etsin. Amma biz buna şahid olmasaq da, mətbuatdan eşidirik ki, dünyada belə hallar var. Yəni bizim dövlət istehsal etməsə də, belə dərmanların xaricdən alınması istisna deyil. Amma əlimdə dəqiqləşdirilmiş məlumat yoxdur, yaxud vəkil kimə bu cür şikayət gəlməyib”.

Ə.Mustafayevin sözlərinə görə, burada psixoloji zor tətbiq etmək metodu da ola bilər ki, istintaqı gedən şəxsdən etiraflar alınsın: “Sadəcə, mətbuatımızın o qədər kanalları yoxdur ki, belə metodların mövcudluğu haqda məlumat əldə etsin. Sadəcə, müdafiə etdiyim şəxslərə elə hədə-qorxular gəlinib ki, bunları deyə bilərəm. Məsələn, ”Tərtər işi"də zorlanma olub. Praktikamda təqsirləndirilən şəxsə deyilib ki, həyat yoldaşını gətirib zorlayacaqlar. Mətbuatda da belə xəbərlər eşitmişik. Bu şəkildə psixoloji təzyiqlərin olması var. Amma həqiqətən zorlanma olması, dərman verilməsi nə qədər realdır, bunu deyə bilmərik. Bütün hallarda psixoloji işgəncə vermək yolverilməzdir, zorla ifadə alınması cinayət məsuliyyəti yaradır. Bu da o vaxt olur ki, şübhəli şəxsin yanında vəkili olmur. Heç bir vəkilin yanında istintaq aparan o sözləri işlədə bilməz. Ona görə “MTN işi” üzrə zərərçəkmiş şəxs indi bunu deyirsə, görünür, yanında vəkili olmayıb, o da mümkündür".

Oxunub: 784

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər