Abdin Fərzəliyev Güzdək qəsəbə sakinləri və şəhid ailələri ilə görüşdü

"dogruxeber.tv" xəbər verir ki, Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayonun Güzdək qəsəbə sakinlərilə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.

İştirakçılar əvvəlcə şəhid Turabov Rüstəm Fərman oğlunun xatirəsinə ucaldılan Abidə Bulaq Kompleksini ziyarət etmiş, baralyefi önünə tər çiçəklər düzərək ruhuna dualar oxumuş, ehtiramla yad etmişlər.

Abdin Fərzəliyev Güzdək qəsəbə sakinləri və şəhid ailələri ilə görüşdü

RİH başçısı Abdin Fərzəliyev daha sonra şəhid ailələri ilə görüşmüş və Güzdək qəsəbə tam orta məktəbdə təhsil alan Vətən Müharibəsi şəhidlərinin övladlarının təhsili, qayğıları və problemləri ilə maraqlanmışdır.

Qəsəbə sakinləri ilə baş tutan görüşdə Abdin Fərzəliyev çıxış edərək bildirmişdir ki, bu səpkili səyyar-qəbullar bundan sonra mütəmadi olaraq keçiriləcək və sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçiriləcəkdir.

Abdin Fərzəliyev Güzdək qəsəbə sakinləri və şəhid ailələri ilə görüşdü

RİH başçısı torpaqlarımızın işğaldan azad olunmasından, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qələbə qazandığı 44 günlük Vətən Müharibəsindən, döyüş meydanında düşmənin məğlubiyyətindən danışaraq qeyd etmişdir ki, bütün ölkə ərazisində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı daimi olaraq göstəriləcəkdir.

Daha sonra kənd sakinləri çıxış edərək qəsəbə ərazisində elektrik dirəklərinin və transformatorların köhnə olması səbəbindən elektrik enerjisinin təminatında tez-tez fasilələrin olduğunu, kəndin yeni salınan məhəllələrinə telefon və qaz xəttlərinin çəkilməsində, içməli suyun verilməsində, daxili küçələrin abadlaşdırılmasında və qəsəbənin marşrut xəttlərindəki mövcud avtobusların sayının artırılmasında köməklik göstərilməsini xahiş etmişlər.

Abdin Fərzəliyev Güzdək qəsəbə sakinləri və şəhid ailələri ilə görüşdü

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunuş, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.

Abdin Fərzəliyev Güzdək qəsəbə sakinləri və şəhid ailələri ilə görüşdü

RİH başçısı yekun nitqində qeyd etmişdir ki, Abşeron Rayon Yol İstismar İdarəsi Yaradılacaq və hazırda daxili yolların abadlaşdırılması istiqamətində proqramlar işlənilir. Bu proqrama əsasən ilkin növbədə kənd və qəsəbələrdə şəhidlərimizin adlarını daşıyan küçələr və eləcə də əsas yollar abadlaşdırılacaq.

Oxunub: 482

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər