gundem / hadise
21.03.2022, 13:00
Şəmkirdə silahdan atəş açıldı, xəsarət alan var
Şəmkir Rayon Polis Şöbəsinə martın 19-da Əliyaqublu kəndi ərazisində bir nəfərin xuliqanlıq zəminində odlu silahdan atəş açaraq rayon sakini X.Süleymanovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən dogruxeber.tv-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini Y.Məhərrəmov saxlanılmış, ondan “İJ” markalı ov tüfəngi götürülüb.



