Vasif Talıbovun qorxusundan kimsə ETİRAZ EDƏ BİLMİR... - Naxçıvanda ÖZBAŞINALIQ

dogruxeber.tv: - Naxçıvan şəhərinin mərkəzindəki “Sabir bağı” adlanan ərazidə 100 illik ağaclar kütləvi məhv edilir. Burada Zəfər parkının salınacağı və dəmir yumruq abidəsinin ucaldılacağı bildirilir. Bu məqsədlə bir hektardan çox ərazi hasarlanıb, 10-larla ağac kökündən çıxarılıb, yaşıllıq tamamilə məhv edilib.
Yaşı on illiklərlə ölçülən bağın dağıdılması yerli əhali arasında narazılığa səbəb olub. 80 yaşlı Naxçıvan şəhər sakini Əli Nəsirov “Gündəlik Naxçıvan”a deyir ki, bu bağla bağlı çoxlu gənclik xatirələri var. Onun sözlərinə görə, bu bağı məhv etməklə, yaşlı nəslin xatirələrinin də üzərindən xətt çəkirlər:
“ Bağın sökülməsi, buradakı ağacların kütləvi şəkildə məhv edilməsi şəhər əhalisində ciddi narazılıq yaradıb. Sovet vaxtı bu bağda Sabir adına kinoteatr yerləşirdi. Oraya kinoya gedərdik. Bağ da el arasında adını oradan götürüb. Sonradan kinoteatrı söküb, gənclik mərkəzi yaratdılar. İndi də oranı hasarlayıb, bağı tamamilə məhv edirlər. Demək olar ki, bütün şəhər əhalisi bu addıma görə çox məyus olub. Əhaliyə orada nə tikildiyi ilə bağlı məlumatlar da vermirlər. Əhali arasında fərqli məlumatlar dolaşır. Zəfər parkı salındığı da deyilir“.
Adının çəkilməsini istəməyən digər şəhər sakini deyir ki, təzyiqlə üzləşəcəklərindən qorxub, ağacların kəsilməsinə kütləvi etiraz edə bilmirlər:
„ Bütün şəhər əhalisi narazıdır. Amma qorxudan danışa bilmirlər. Çünki danışanı, narazılıq edəni dövlət tədbiri əleyhinə çıxmaqda günahlandırıb həbs edir, işdən çıxarır, ailəsini incidirlər. Abadlığın, hansısa zəfər parkının salınmasının, hansısa abidənin qoyulmasının əleyhinə deyilik. Lakin, bunu başqa əraziyə də salmaq olardı. Hətta o ağacları məhv etmədən də imkan var idi ki, orada nələrsə tikib, nələrsə yerləşdirib, adını zəfər parkı qoysunlar“.
Məsələ ilə bağlı Naxçıvan şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq olmadı.(Dia.az)

Vasif Talıbovun qorxusundan kimsə ETİRAZ EDƏ BİLMİR... - Naxçıvanda ÖZBAŞINALIQ

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər