gundem / siyaset
12.04.2022, 10:16
Azərbaycanda deputat bu vəzifəsindən İSTEFA VERDİ
Milli Məclisin deputatı Jalə Əhmədova “Vinq Çun” döyüş sənəti federasiyasının birinci vitse-prezidenti vəzifəsindən istefa verib.
"dogruxeber.tv" Oxu.Az-a istinadən xəbər verir ki, J.Əhmədova artıq vəsiqəsini təhvil verib.
Millət vəkilinin istefasına səbəb onun Azərbaycan Autizm Assosiasiyasına vitse-prezident seçilməyi ilə əlaqədardır.
Deputat Jalə Əhmədova məlumatı təsdiq edib.



