Bağlarda xəstəlik yayılması riski var - Fermerlərə SMS göndərildi

Quba, Qusar və Xaçmaz rayonlarında yerləşən bağlarda yarpaq dəlikliyi və boz çürümə xəstəliklərinin yayılması riski yaranıb.

"dogruxeber.tv" xəbər verir ki, bu xəstəliklərin əsasən gilas, şaftalı və nektarin bağlarında yayılması riski var. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hər üç rayon üzrə 2166 fermerə SMS bildiriş göndərilib. Göndərişdə qeyd olunan xəstəliklərin yayılma riski ilə əlaqədar qabaqlayıcı tədbirlər görmək, aqronomlarla məsləhətləşmək tövsiyə olunub.

Qeyd edək ki, boz çürümə xəstəliyinə “Monilia laxa” göbələyi səbəb olur. İlkin əlamətlər çiçək mərhələsində, çiçəklərin büzüşərək quruması və yeni zoğların inkişafdan dayanması kimi müşahidə olunur. İnkişaf etməkdə olan meyvələrin bəzi hissələri isə qəhvəyi-boz rəngdə çürüməyə başlayır.

Yarpaq dəlikliliyi xəsətliyinə “Stigmina carpophila” göbələyi səbəb olur. Xəstəlik tumurcuqlara, yarpaqlara və meyvəyə zərər vurur. Yarpaqlarda ilk başda ləkələr 1 mm böyüklüyündə yuvarlaq və qırmızı-sarı rəngdədir. Daha sonra tündləşən ləkələr quruyaraq tökülür və deşik izlər buraxaraq ağacların fotosintez etmə qabiliyyətini aşağı salır. Meyvə üzərindəki xəstəlik əlamətləri isə kiçik ölçülü, lakin çox sayda dairəvi ləkələrdir.

Xəstəliyin yaz aylarında yayılma riski yüksək olduğu üçün mübarizə üsullarında aqronomlarla məsləhətləşərək təyin olunmuş intervalda dərman səpmək məsləhət görülür.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər