Milli Onkologiya Mərkəzində BAZAR AÇIBLAR

dogruxeber.tv: - Azərbaycanda bəzi onkoloji xəstələrin yaxınları müayinələrin baha başa gəlməsindən şikayət edirlər. Onların sözlərinə görə, Milli Onkologiya Mərkəzində aparılan müayinələrə görə qəbz təqdim olunmur. Yevlax rayon sakini Hikmət Fərəcov da şikayətçilərdəndir.
O, Meydan TV-yə bildirib ki, atasını göndəriş əsasında maqnit rezonans tomorafiya müayinəsinə görə rayondan Bakıya gətirib.

“Müayinə üçün ödəniş etdik, amma qəbz istəsək də, dövlət müəssisəsi olduğunu əsas gətirərək vermədilər. Növbəti gün MRT müayinəsinə görə müraciət etdik. Bu dəfə 150 manat tələb edildi. Məndən sonra daha bir xəstə gəldi, pulu olmadığını dedi. Təsəvvür edin, bazar kimi qiyməti müzakirə etdilər, son nəticədə 60 manata razılaşdılar”, – Fərəcov deyib.

Onun sözlərinə görə, müayinələrlə bağlı qiymətləri tələb etsə də, məlumat ala bilməyib:

“Dedim ki, eyni müayinədir, niyə ondan 60, məndən 150 manat aldınız? Dedilər ki, həmin adam imkansızdır, güzəşt ediblər. İnsanların imkanlı, ya imkansız olduğunu necə müəyyənləşdirə bilirlər? Həmin xanım özünü təqdim etmək istəmədi. Baş həkimin yanına getdim, dedi ki, bura dövlət xəstəxanasıdır, ödəniş qəbzi verilmir. Məsləhət gördü ki, ödənişi geri alın. Geri qayıtdım, dedilər ki, ödənişsiz müayinənin cavabı verilməyəcək”.

Hikmət Fərəcov deyib ki, atası onkoloji xəstədir, amma diaqnoz ilk dəfədir qoyulub.

Milli Onkologiya Mərkəzində BAZAR AÇIBLAR

Maqnit-Rezonans Tomoqrafiya. Foto: Meydan TV
Hənifə İsmayılova isə 2 ildir onkoloji xəstəlikdən müalicə alır. Onun sözlərinə görə, indiyədək müayinə və müalicə, o cümlədən kimyaterapeya və şüaterapiya üçün pul ödəyib. Amma indi imkanı tükənib, sonuncu şüa terapeyasından imtina edib.

“Açıq bazardır, bunu hamı bilir. İllərdir deyilsə də, tədbir görən yoxdur. Artıq düzələcəyinə ümid də qalmayıb”,-İsmayılova söyləyib.

Milli Onklogiya Mərkəzindən şikayətlərlə bağlı danışmaq istəməyiblər. Xəstəxananın adının çəkilməsini istəməyən həkimi isə danışıb ki, onkoloji profilli dövlət müəssisələrində xəstələrin əməliyyatı, eyni zamanda müalicəsi pulsuz həyata keçirilməlidir. Bununla belə, həkim xəstələrdən pul istənilməsini etiraf edib. Onun sözlərinə görə, xəstələrə verilməli olan dərmanların siyahısı var. Onkoloji xəstə həmin dərmanların alınması üçün pul ödəməli deyil: “Qeydiyyatda olan, xəstəxanada əməliyyat edilən xəstələrə dərmanlar pulsuz verilir. Bildiyim qədər rayonlarda da dərmanlar pulsuz paylanılır. Qeydiyyata düşməyən xəstələr təbii ki, bundan xəbərsiz ola bilərlər”.

Səhiyyə Nazirliyindən isə şikayətlə bağlı sualı cavablandırmayıblar.

Onkoloji xəstəliklər bağlı son olaraq 2020-ci ilin statistikası var. Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2020-ci ildə 11 min 595 nəfərə bədxassəli şiş diaqnozu qoyulub. Onlardan 1960 nəfəri süd vəzi, 1301 nəfəri mədə, 1225 nəfəri isə traxeya, bronx, ağciyər xərçəngindən əziyyət çəkir.

Milli Onkologiya Mərkəzində BAZAR AÇIBLAR

Son xəbərlər

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Zakir Həsənov Pakistana başsağlığı verdi

Qızıl və gümüş ucuzlaşdı

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

Bütün xəbərlər