Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Fərrux yüksəkliyində tapılmış meyit qalıqları ilə bağlı daha bir açıqlama yayıb.

"dogruxeber.tv" xəbər verir ki, açıqlamada deyilir:

“Məlum olduğu kimi, cari ilin mart ayının sonunda Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində qazıntı zamanı bir neçə insana aid naməlum meyit qalıqları aşkar edilib.

Mütəxəssislər tərəfindən aparılan ekspertizalar nəticəsində Fərrux yüksəkliyində tapılmış məzarların üzərində hər hansı qəbirüstü abidə və ya tanınma lövhəsinin olmadığı, həmçinin bu qalıqların antropoloji xüsusiyyətlərinə görə Azərbaycan türklərinin daxil olduğu avropoid irqinin Kaspi yarımtipinə aid olması müəyyənləşdirilib.

Eyni zamanda, erməni tərəfinin iddiasının ziddinə olaraq meyitlər xristian ənənəsi ilə, xüsusən də erməni adətlərinə uyğun tabutda və geyimdə dəfn edilməyib, müvafiq sıralama və istiqamət üzrə deyil, xaotik şəkildə basdırılıb. Bundan başqa, meyit qalıqlarının üzərində zorakılıq əlamətlərinin və küt alətlərlə endirilmiş zərbə izlərinin aşkar edilməsi, həmçinin məzarlıqdan çoxsaylı gilizlərin tapılması onların Birinci Qarabağ müharibəsində qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına aid olduğunu sübuta yetirir.

Kütləvi məzarlığın yaşayış məntəqələrindən 10-15 km kənarda və yüksək dağlıq ərazidə yerləşməsi də həmin məkanın ənənəvi məzarlıq olmadığı qənaətinə gəlməyə əsas verir.

Ermənilər tərəfindən yayılmış videomaterialda adı elmi ictimaiyyətə məlum olmayan erməni “antropoloq” Levon Yepiskoposyanın Xocalı şəhərinin adını çəkməsi təsadüf sayılmamalıdır. “Antropoloq” Levon Yepiskoposyanın müsahibəsində bu qalıqların guya 1992-1993-cü illərdə Xocalı şəhərində ölmüş ermənilərə aid olduğunu, onların şəhərdən 12 km kənarda dəfn edildiyini və həmin ərazinin ermənilər üçün müqəddəs yer olduğunu bildirməsinin heç bir əsası yoxdur. Məzarlığın aşkarlandığı ərazidə erməni dini abidəsi və məzarlığının olmaması qeyd olunanları bir daha sübut edir.

Fərrux yüksəkliyində kütləvi məzarlığın tapılmasından ciddi narahatlıq keçirən erməni tərəfinin hazırda başlatdığı təbliğat Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın beynəlxalq humanitar hüquq normalarını pozması və insanlıq əleyhinə cinayətləri törətməsi ilə bağlı faktları gizlətməyə və beynəlxalq ictimaiyyəti çaşdırmağa xidmət edir.

İşğaldan azad edilmiş ərazilərdən tapılaraq götürülmüş meyit qalıqlarının eyniləşdirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Oxunub: 547

Son xəbərlər

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Bütün xəbərlər