gundem / siyaset
7.05.2022, 14:31
Nazir xarici ölkələrdəki diplomatik nümayəndəliklərin sayını AÇIQLADI
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin sayı açıqlanıb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.
O bildirib ki, hazırda Azərbaycanın dünyanın 77 ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir.
Nazir həmçinin qeyd edib ki, hazırda Azərbaycanda 88 ölkənin və beynəlxalq təşkilatın nümayəndəlikləri, 15 xarici dövlətin konsulluqları akkreditə olunub.



