"İcra başçısı, millət vəkili və bələdiyyə sədrimizi  yalnız televizorda görürük" - Problemli Mingəçevir sakinlərindən giley // VİDEO

Hər zaman olduğu kimi "dogruxeber.tv" redaksiyasına Mingəçevir sakinləri tərəfindən müraciətlər yağış kimi yağdırılır desək, yerinə düşər. Özü də o müraciətlərin demək olar hamısının bir ortaq nöqtəsi var - İcra Hakimiyyəti və şəhər bələdiyyəsi barəsində narazılıq.

Onların göndərdikləri narazılıq yaradan səbəblərin görüntülərini gördükdə, haqlı olduqları da aydın görünür.

Bu görüntülər, yaxud məlumatlar yayımlandıqda isə istər icra hakimiyyəti olsun, istərsə də şəhər bələdiyyəsi "daş atıb, başını tutur" ki, "yayımlandığınız görüntülər həqiqəti əks etdirmir".

İfadəyə diqqət etdiniz?

"Yayımladığınız görüntülər həqiqəti əks etdirmir".

Demək, bir neçə gün əvvəl redaksiyamıza Mingəçevir şəhər sakinləri tərəfindən, sakinlər arasında "Əli qəbristanlığı" deyilən şəhər qəbristanlığının videogörüntüləri göndərilmişdir. Hansı ki, oradakı məzar daşları məişət tullantıları və kol-kosun içində güclə sezilirdi. Özü də xatırlayırsınızsa, o kolluqda belə məzar yeri üçün "qəbristanlıq müdiri", eyni zamanda bələdiyyə işçisi olan Rafael Məmmədovun ölü yiyəsindən 300 (üç yüz) AZN tələb etdiyi iddiası da sakinlər tərəfindən irəli sürülürdü. Biz də həmin videogörüntüləri "MUM.TV" YouTube kanalımızda yayımladıq. Həmin görüntülərin şərh bölməsində Mingəçevir Şəhər İcra Hakimiyyəti yazıb ki, "yayımladığınız görüntülər həqiqəti əks etdirmir". Özünü hər zamankı kimi sözdə "aydan arı, sudan duru" göstərmək üçün, heçolmasa yazılı məlumatlara bu cür "rəy" yazsaydılar bu qədər gülünc görünməzdi ən azından.

Əlqərəz...

Bir yazıda hər müraciətə toxunmaq üçün yazmağa bizə, oxumağa da sizə çox uzun vaxt lazımdır. Çünki, bir deyil... iki deyil... Üç deyil...
Odur ki, birbaşa keçid edək Mingəçevir Şəhər İcra Hakimiyyətinin dili ilə desək, növbəti "həqiqəti əks etdirməyən" görüntülərə.



Görüntülərdə gördüyünüz şəxslər Mingəçevir şəhərinin Mingəçevir qəsəbəsinin sakinləridir. Onlar qəsəbədə kanalizasiya xəttinin olmadığından gileylənirlər. Adamlar bildirir ki, bunun üçün dəfələrlə İcra Hakimiyyətinə müraciət ediblər. Hər dəfə də söz verilib, yola salınıblar. Hətta, sakinlər bildirir ki, bir dəfə bunun üçün İcra Hakimiyyəti tender keçirib. Tenderin qalibləri də gəlib sakinlərlə görüşüb, tezliklə problemin aradan qaldırılacağını bildiriblər. Lakin, onların verdiyi sözün də ömrü, icra hakimiyyətinin verdiyi sözün ömrü qədər olub.

Sözügedən ərazidə küçələrə yeni asfalt döşənib. Sakinlər deyir, - "Bura asfalt döşənəndə etiraz etdik ki, kanalizasiya xətti çəkin, sonra asfaltlayın. İkiqat xərc olmasın. Amma, "Narahat olmayın, tələbiniz təmin olunacaq" - deyib, yollarını çəkib, gediblər. Sakinlər demişkən, "Yəqin sonra da asfaltı söküb, kanalizasiya çəkib, təzədən asfalt döşənəcək". Bu da büdcə israfı.

Yeri gəlmişkən, sakinlər onu da deyir ki, əvvəlki icra başçıları qəsəbəyə gəlməzdən bir neçə gün əvvəl sakinlərə xəbər verilirdi ki, "filan vaxtı icra başçısı gələcək. Kimin nə sözü, şikayəti, müraciəti varsa, filan saatda, filan yerə gəlsinlər başçıya desinlər. Amma, İlham İsmayılov icra başçısı gələndən bəri biz onun qəsəbəyə gəldiyini televizorda görürük. Güya qəsəbədə olub sakinlərlə görüşüb. Eyni adamları yığıb, özlərini təriflətdirib gedirlər. O da çox təsadüf hallarda. Biz gedirik, heç qəbul da etmirlər. Kanalizasiya suları məcburiyyət qarşısında həyətimizə axıdılır. O da ki, sabunlu sular bitkilərimizi yandırır."

Təsəvvür edirsiniz?

Mingəçevir sakinləri, hazırda Gəncə sakinlərinin saymazlığından cana doyduğu, haqqında saysız vətəndaş narazılıqları olan, keçmiş Mingəçevir şəhər icra başçısı Niyazi Bayramov haqqında - "sağolsun, Niyazi Bayramov yenə buna baxanda yaxşı idi" - deyirlər ki, bu da İlham İsmayılovun "bacarığı sayəsində" yaranıb. "İlham İsmayılov imkansızı bacarıb" demək, daha doğru olar.

Bələdiyyəyə gəldikdə isə sakinlər deyir axırıncı dəfə seçkiqabağı ona səs verərlərsə, "nə xarüqələr yaradacağ"ının anonsunu verməyə gələndə gördükləridir. Seçiləndən bəri, nənələrimiz demişkən - "üzünü görən cənnətlik". Bu yerdə "Planet Parni iz Baku"nun bir tamaşası yada düşür. Deyir: - "Mənə səs versəniz özümə maşın alacam, özümə villa tikdirəcəm, qohumlarımı işə götürəcəm, oğlumu əsgərlikdən saxlatdıracam"...

Bəli, bu da bizim "tragikomedik" vətəndaş yaşamımız.

Qaldı Mingəçevir sakinlərinin problemlərinə, heç düzələcək kimi görünmür. Amma, yenə də "ümid ömrü uzadır" deyirlər...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 914

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər