Sürətlə Yeni Virus Yayılır: Cinsi Əlaqə Zamanı Keçir – “Meymun Çiçəyi”Nin ƏLAMƏTLƏRİ

Bir neçə gün ərzində üç qitədə müşahidə edilən “Meymun çiçəyi” virusu sürətlə yayılmaqdadır.

"DogruXebe.az" BBC-yə istinadən xəbər verir ki, virus son olaraq Almaniyada aşkarlanıb. Münhen şəhərində yaşayan ali məktəb tələbəsindən götürülmüş qan nümunəsində “Meymun çiçəyi” tapılıb.

Fransa Səhiyyə Nazirliyi də bu gün 29 yaşlı bir kişinin virusa yoluxduğunu açıqlayıb.
İspaniyada isə “Meymun çiçəyi”nə yoluxanların sayı 21 nəfərə çatıb. Bu gün paytaxt Madriddə daha 14 nəfərin virus daşıyıcısı olduğu təsdiqlənib.

“Meymun çiçəyi” aşkarlanan ölkələr: ABŞ, Kanada, Avstraliya, Böyük Britaniya, İspaniya, Portuqaliya, İtaliya, İsveç, Belçika, Fransa Almaniya.

VİRUSUN ƏLAMƏTLƏRİ

Qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və zəifliklə müşahidə edilən “Meymun çiçəyi” insandan insana, heyvandan insana keçə bilir.
Virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, gözlər, burun və ya ağızdan daxil ola bilər. Cinsi əlaqə zamanı birbaşa təmas yolu ilə də ötürülür.

“Meymun çiçəyi” həmçinin meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar vasitəsilə və ya yataq dəsti, paltar kimi əşyalarla təmas yolu ilə də yayıla bilir.

Qızdırma azaldıqdan sonra, adətən üzdə başlayan və daha sonra bədənin digər hissələrinə, əksər hallarda ovuclara və ayaqlara yayılan səpgilər əmələ gəlir.

Çox qaşıntılı olan səpgilər qabığa çevrilir və müxtəlif mərhələlərdən keçdikdən sonra azalır. Yaralar izlər buraxa bilər.

Virusun iki əsas ştammı var: Qərbi Afrika və Mərkəzi Afrika ştammları.

TƏHLÜKƏLİDİR?

Əksər hallarda virusa yoluxanlarda yüngül formada olur. Virus bəzən suçiçəyi xəstəliyinə bənzəyir və bir neçə həftə ərzində öz-özünə yox olur.
Ancaq bəzən daha ağır ola bilər. Daha əvvəl Qərbi Afrikada ölümlərə səbəb olduğu bildirilib.

Qeyd edək ki, sözügedən virus ilk dəfə meymunda aşkar edilib. 1970-ci ildən bəri 10 Afrika ölkəsində bununla bağlı epidemiyalar yaşanıb.

MÜALİCƏSİ VARMI?

Meymun çiçəyinin müalicəsi yoxdur, lakin virusun yayılmasının qarşısını almaqla epidemiya halını almasını əngəlləmək olar.

Çiçək xəstəliyinə qarşı peyvəndin bu virusun qarşısının alınmasında 85 faiz effektiv olduğu sübut edilib.

Son xəbərlər

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Bütün xəbərlər