Şirvanda bu müəssisədə də korrupsiya halları tüğyan edir...

May ayının 25-də "dogruxeber.tv" informasiya portalında "DİQQƏT ! - Bu səhiyyə oçağında ÖLÜLƏR ÜÇÜN DƏ SAĞLAMLIQ HAQQINDA ARAYIŞ SATILIR // VİDEOFAKT" başlıqlı məlumat yayımlanmışdı. Hansı ki, həmin məlumatda Şirvan şəhər Mərkəzi Xəstəxanasında ölülərin adına sağlamlıq haqqında arayışlar verilməsi, boş bülletenlərin açılması, həmçinin xəstəxanada çalışan bəzi şəxslərin rüşvətxor əməllərindən danışılırdı.

Məlumatlar yayımlanmaqla bərabər "dogruxeber.tv" redaksiyası tərəfindən Azərbaycan Respublikasının Səhiyyə nazirliyi, Şirvan Şəhər Prokurorluğu və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) rəsmi müraciətlər göndərildi. TƏBİB-dən "dogruxeber.tv"a bildirildi ki, "Artıq, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına məlumatlarla bağlı araşdırmalara başlanılıb. Nəticəsi barəsində məlumat veriləcək". Lakin, redaksiyamıza sözügedən xəstəxana ilə bağlı daha bir neçə məlumatlar da daxil olub. Məlumatda bildirilir ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində rüşvətxorluq dərəcəsi pik həddə çatıb. Eyni zamanda xəstəxanada çalışan bəzi həkim və cərrahların sözügedən xəstəxananın direktoru Kamil Əhmədova, həmçinin digər bəzi yerli icra orqanlarına hər ay müəyyən məbləğ ödəməsi də daxil olan məlumatlarda yer alır.

Növbəti yayımlarımızda həmin cərrahların özlərinin və aylıq rüşvət ödədikləri qurumların adlarını açıqlayacagıq.

Yeri gəlmişkən onu da qeyd edim ki, 08.05. 2022-ci il tarixində Respublika Prokurorluğu tərəfindən əməliyyat keçirilib və bir neçə nəfər vəzifəli şəxslər saxlanılıb. Güman edirik ki, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və digər aidiyyatı üzrə dövlət qurumları Şirvan Şəhər Mərkəzi Xəstəxanası barəsində də qanuni tədbirlər görəcəkdir.
Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 941

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər