Ermənistanı şoka salan gecə: 12 il öncə bu gün...


Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür.

dogruxeber.tv xatırladır ki, Azərbaycan qəhrəmanlıq tarixində yeni bir səhifə açmış Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birinə yollanıb.

Məhz burada xidmətə başlamaq Mübarizə öz arzusunu həyata keçirməyə zəmin yaradıb. 2010-cu il iyunun 18-də gecə saat 23 radələrinə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək, müxtəlif təxribatlar törədən Ermənistan silahlı qüvvələrinin mövqelərinə hücum edib. O qısa zaman ərzində düşmənin çox sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, 5 saat döyüşüb. Ermənistan ordusu çox çətinliklə, yalnız səhər saatlarında Mübariz İbrahimovun qarşısını ala bilib.

Bir azərbaycanlının təkbaşına bir neçə bölüyə qarşı mübarizə aparması və onları məhv etməsi Ermənistan ictimaiyyətini və rəhbərliyini şoka saldı.

Qəhrəman şəhidimizin atası Ağakərim İbrahimov o günü belə xatırlayır:

“Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar”.

Mübarizin nəşini ermənilərdən düz 141 gün sonra - 2010-cu il noyabrın 6-da almaq mümkün oldu.

Onun bu addımı düşmənə sarsıdıcı zərbə vurmaqla yanaşı, Ordumuz və xalqımızda ruh yüksəkliyi yaratdı, Azərbaycan hərbçisinin özünəinam hissini qaytardı. Biz bunun nəticəsini 2016-cı ilin Aprel döyüşlərində və Vətən mühribəsində gördük.

M.İbrahimovun qəhrəmanlığı dövlət səviyyəsində də qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra Milli Qəhrəman adı verilib.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər