gundem / siyaset
23.07.2022
Putin Abenin dəfninə buraxılmayacaq
Rusiya Prezidenti Vladimir Putin Cojoji məbədində iyulun 8-də sui-qəsd nəticəsində öldürülən Yaponiyanın keçmiş Baş nazir Şinzo Abenin dəfninə buraxılmayacaq.
"DoğruXəbər.az" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Putinə qarşı Yaponiyanın tətbiq etdiyi giriş qadağasıdır.
Bildirilib ki, Putin Abenin dəfnində iştirak etmək istəsə belə, Tokio qadağa qərarını ləğv etməyəcək.
Qeyd edək ki, Yaponiya Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə Vladimir Putinə qarşı sanksiya tətbiq edib.



