Son 1 ayda Lisiçansk istiqamətində Rusiyanın 60 tankı məhv edilib - Döyüş komandiri

Son 1 ayda Lisiçansk istiqamətində Ukraynanın yalnız bir bölməsi tərəfindən Rusiyanın 60 tankı məhv edilib. DoğruXəbər.az xəbər verir ki, bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna ordusunun döyüş komandiri Roman Solohub bildirib.

“Düşmən texnikada böyük itkilər verir. Bu, qeydə alınandan xeyli çoxdur. Çünki hər dəfə vurulma anını qeydə almaq mümkün olmur. Məsələn, artilleriya bölmələrinin zərbələri ilə məhv edilən obyektlər hava kəşfiyyatı tərəfindən çəkilməyibsə, bu, səssiz əməliyyat tapşırığı olur və heç yerdə qeydə alınmır”, - R.Solohub deyib.

Döyüş komandiri vurğulayıb ki, xüsusən Seversk istiqamətində hazırda vəziyyət “qaynardır”:

“Hava kəşfiyyatı hərəkət edən texnikanı müəyyənləşdirir, eləcə də standart kəşfiyyat prosedurlarını həyata keçirir. Sonra isə artilleriya işə başlayır. Odur ki, düşmən tank kimi ağır texnika ilə ortaya çıxırsa və belə desək, asan yemə çevrilirsə, onların hamısı məhv edilir. Məsələn, 7-8-10 tankla gəlirlərsə, praktiki olaraq onların hamısını məhv edirik”.

Onun sözlərinə görə, tankların əksər hissəsi tank əleyhinə raket kompleksləri vasitəsilə məhv edilir:

“Hava kəşfiyyatı havadan zərbələrin dəqiqliyini təsdiqləyir, gözəl kadrlar alınır. Vurulmuş texnika isə artıq yararsız hala düşür, hətta təmir briqadalarına da iş qalmır. Başqa sözlə, hava kəşfiyyatı düşməni müəyyənləşdirir və hesabat üçün onun məhv edilməsini qeydə alır”.

Son xəbərlər

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Bütün xəbərlər