"Carnaval beach"  müharibə veteranından çimərliyə giriş üçün pul tələb etdi - Övladlarının gözü önündə zor tətbiq edildi//FOTO

Daha bir Qarabağ müharibəsi veteranı haqsızlıqla üzləşdiyi barəsində "dogruxeber.tv"a gileylənib.

Lənkəran rayonu Tütəpeştə kənd sakini, eyni zamanda birinci Qarabağ müharibəsi veteranı Əliyev Aftandil Oktay oğlu redaksiyamıza müraciətində Lənkəran rayonu Sütəmurdov kəndində, dəniz sahilində yerləşən "Carnaval beach" istirahət mərkəzində çimərlik ərazisinə daxil olması üçün ondan ödəniş tələb edildiyini və tələb edilən ödənişi ödənişi etmədiyi üçün nəzarətçi tərəfindən ailəsinin, övladlarının gözü qarşısında ona fiziki güc tətbiq edildiyini bildirib.

Halbuki, 2019-cu ildə ölkə başçısı özü də bu barədə xüsusi tapşırıqlar verdi ki, çimərlik ərazilərinə giriş ödənişsiz olmalıdır. Paytaxt Bakıdakı çimərliklərin demək olar ki, hamısında prezidentin bu tapşırığı artıq, icra olunur. Lakin, görünür Lənkəran rayon Sütəmurdov kəndində, çimərlik ərazisində yerləşən "Carnaval beach" istirahət mərkəzinin sahibi bu tapşırıqdan məlumatsızdır. Ya da işinə yaramadığı üçün özünü bilməzliyə vurub. Kim bilir, bəlkə də ümumiyyətlə qanunları saya salmır ki, burada hələ qapıdan içəri girişdə qanunlar kobud şəkildə pozulur.

Belə olan halda isə obyektin içərisində qanunlara nə dərəcədə riayət olunduğunu təsəvvür edin.

"Ağası"ndan aldığı cürət və əmr ilə müharibə veteranının üzərinə "şahin" kimi şığıyan gözətçi, görəsən həmin veteran düşmən üzərinə şığıyanda harada olub?

Müharibədə özləri də, oğul övladları da "qeyb"ə çəkilən məmurlar və biznesmenlər nədənsə həmişə öz güclərini sadə vətəndaşlara göstərməyə həvəslənirlər. Torpağı qoruyan oğullardan və onların ailələrindən isə az qala ayaq basdıqları hər qarış üçün ödəniş tələb edirlər.

Maraqlıdır, görəsən dövlət mülkiyyətində olan çimərlik ərazisinə giriş üçün "Carnaval beach" istirahət mərkəzinin sahibi hansı ixtiyarla vətəndaşlardan ödəniş tələb edir?!

Bəs, son günlər sosial medialarda adı tez-tez hallanan Lənkəran şəhər İcra Hakimiyyəti niyə bu duruma müdaxilə etmir?

Aftandil Əliyevin iddiaları ilə bağlı qarşı tərəfi dinləməyə hazırıq.

dogruxeber.tv
"Carnaval beach"  müharibə veteranından çimərliyə giriş üçün pul tələb etdi - Övladlarının gözü önündə zor tətbiq edildi//FOTO

"Carnaval beach"  müharibə veteranından çimərliyə giriş üçün pul tələb etdi - Övladlarının gözü önündə zor tətbiq edildi//FOTO

"Carnaval beach"  müharibə veteranından çimərliyə giriş üçün pul tələb etdi - Övladlarının gözü önündə zor tətbiq edildi//FOTO

"Carnaval beach"  müharibə veteranından çimərliyə giriş üçün pul tələb etdi - Övladlarının gözü önündə zor tətbiq edildi//FOTO

Oxunub: 1 102

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər