Günəş fırtınası sabah Yer kürəsini VURACAQ

Günəşdən gələn sürətli plazma dalğasının avqustun 3-ü çərşənbə günü Yerə dəyəcəyi açıqlanıb. Bu vəziyyətin Yerin maqnit sahəsinə təsir edəcəyi bildirilir.

"dogruxeber.tv" xəbər verir ki, mütəxəssislər qasırğanı "G1 sinfi" olaraq təsnif ediblər.

Bu sinifdəki fırtınalar tez-tez "potensial dağıdıcı" kimi təsvir olunur. Çünki o, elektrik şəbəkələrində nisbətən zəif dalğalanmalar yarada bilər, peyklərin funksiyalarına təsir edir və köç edən heyvanların naviqasiya qabiliyyətini zəiflədə bilər.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının məlumatına görə, "qazlı materialın Günəş atmosferinin cənubundakı bir dəlikdən axdığı müşahidə edilib". Bu proqnozlardan sonra mütəxəssislər fırtına xəbərdarlığı edib.

Günəş atmosferindəki tac adlanan bu dəliklər ulduzun plazmasının nisbətən soyuq və seyrək olduğu sahələrdir. Həm də Günəşin maqnit sahəsinin xətlərinin kosmosa yayıldığı yer. San-Fransiskodakı elm muzeyi Exploratoriumun mütəxəssislərinin fikrincə, bu, Günəşdən gələn materialın saatda 2,9 milyon kilometr sürətlə planetlərə doğru atılmasına səbəb olur.

Bu plazmalar Yerin maqnit sahəsi ilə qarşılıqlı əlaqədə olduqda və maqnitosferdə müvəqqəti pozğunluqlara səbəb olduqda onlara günəş tufanları deyilir. Fırtınalar peyklərə, GPS sistemlərinə və elektron cihazlara pis təsir etsə də, Yerin maqnit sahəsi ilə qarşılıqlı təsiri sayəsində auroralar yaradaraq Şimal yarımkürəsinin yüksək enliklərində vizual şənlik yarada bilir. Astronomlar Günəşdəki partlayışların tədricən artacağını və bir neçə ildən sonra pik həddinə çatacağını bildirirlər.

Çünki Günəş hazırda hərəkət mərhələsindədir. Ulduz hər 11 ildən bir sakit və ya fırtınalı dövrü tamamlayır və yeni bir dövrə başlayır. Məlumdur ki, Günəş 2019-cu ildə 25-ci dövrünə qədəm qoyub.

Bu dövrələrdən sakit olanı, yəni ulduzdakı partlayışların və ləkələrin minimum səviyyəyə endiyi dövrlər “günəş minimumu” adlanır . Günəş ləkələrinin artdığı və partlayışların tez-tez baş verdiyi fazalara "günəş maksimumu" deyilir .

Mütəxəssislərin fikrincə, ulduz hazırda aktiv dövrünü yaşayır. Ancaq 2022-ci ilin başlanğıcında olduğu üçün çox şiddətli hadisələrin şahidi olmayacağı düşünülür. 2025-ci ildə isə günəşin maksimum fazası öz zirvəsinə çatacaq. Bu səbəbdən, xüsusilə 2025-ci il ətrafında güclü partlayışların Yerə təsir edəcəyi gözlənilir.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər