Günəşdə baş verən alışmalar – NƏYİN XƏBƏRÇİSİDİR?












“Bir neçə gün əvvəl Günəşdə gözlənilmədən güclü alışmalar qeydə alınıb. Alışmaların qeydə alınmasına baxmayaraq, Günəşdə maqnit ləkələri əmələ gəlməyib ki, bu da qeyri-adi hadisədir”.

Dogrxeber.az bildirir ki, bu barədə Lent.az -a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov məlumat verib: “Alışmaların baş verməsinə baxmayaraq, Günəşdə maqnit ləkələrinin əmələ gəlməməsi maraqlı fizki hadisədir. Səbəbi aydınlaşdırılmalıdır ki, bu necə ola bilər. Alışmalar həddən artıq böyük olduğu zaman biz onu hiss edirik və yerə də müəyyən təsiri olur.

Hazırda Günəşin maqnit aktivliyinin minimum dövrünü yaşayırıq. Günəşin hazırki dövrü təxminən 2009-cu ilin əvvəllərindən başlayıb. Əslində, aktivliyin minimum dövrü bir il əvvəl başa çatmalı olsa da, proses uzanır. Maqnit aktivliyinin maksimum dövrünün başlaması üçün Günəşdə alışmalar olmalı və maqnit ləkələri yaranmalıdır. Alışmaların başlanması Günəşin maqnit aktivliyinin dəyişəcəyini göstərən ilk əlamətlərdəndir”.

N.Cəlilovun sözlərinə görə, Yerdəki həyat, insanlar, bitkilər Günəşin bu periodik fəallığına adaptasiya olublar. Buna görə də Günəşin hansı dövürdə olmasının Yerə ciddi təsiri olmur: “Yəqin ki, bu ilin sonuna Günəşin “gecikən” minimum aktivlik dövrü başa çatacaq. Bundan sonra növbəti 11 illik dövr 2031-cu ilə kimi davam edəcək. Bu prosesə kənardan – qalaktikadan müdaxilənin ehtimalı demək olar ki, yoxdur. Milyard illərdir ki, davam edən bu dövrülük Günəşin öz daxili fəaliyyəti ilə bağlıdır. Mürəkkəb bir fiziki proses nəticəsində Günəşin maqnetizmi artır və azalır ki, bu hal Yer kürəsinə müəyyən dərəcədə təsir edə bilir. Maksimum zamanı Günəşin səthində yüksək enerjili alışmalar həddindən artıq çox olur. Əsas da qamma, rentgen, ultrabənövşəyi şüalanmaların enerjisi ciddi artır və bu da Yerin ekosisteminə birbaşa təsir edə bilir. Günəşin fəaliyyəti ilə iqlimin qlobal dəyişikliyi arasında birbaşa nəzəri əlaqələr var. Günəş daxilində yaranan irimiqyaslı burulğanlar həm onun mərkəzində nüvə-sintez prosesinin sürətinə, həm də onun səthində optik parametrlərin dəyişməsinə gətirir. Bu isə Günəşin şüalandırdığı enerjinin artıb-azalması deməkdir. Günəşdən gələn enerji isə Yerin həm iqlimini, həm həyatını idarə edir. Əgər gələn enerji artır-azalırsa, bu iqlimə hökmən təsir edir. Amma burda söhbət 500-1000 illik zaman ölçüsünə malik qlobal dəyişikliklərdən gedir. İqlimdə qlobal dəyişikliklər tək Günəşlə bağlı deyil. Atmosferə atılan parnik qazlar, Yerin təkibində olan vulkan və qeyzerlər, materiklərin sürüşməsi, Yerin fırlanma oxunun və orbit müstəvisinin dəyişməsi və s. amillər iqlim amilinə təsir edə bilir. Qısamüddətli dəyişmələr isə Günəşlə deyil, Yerin öz atmosferi ilə bağlı geofiziki proseslərdir.”.

Son xəbərlər

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Bütün xəbərlər