“Kəmaləddin Heydərov Ramiz Mehdiyevin oğlunu yanında niyə saxlayıb?!”

dogruxeber.tv: - “Əslində Azərbaycan Konstitusiyasına görə hər bir vətəndaşın işləmək hüququ var. Məsələ ondadır ki, bu işləmək hüququ Azərbaycanda ancaq varlıların uşaqlarına, nəvələrinə şamil olunub. Nisbətən orta təbəqə və kasıbların uşaqları xaricdə oxusalar belə, bu “şərəf”ə nail olmurlar. Nə üçün Ramiz Mehdiyevin oğlu general olmalıdır, amma heç bir iş görməməlidir? Nə üçün Mehdiyevin nəvəsi Fövqəladə Hallar Nazirliyində idarə rəisi olmalıdır? Niyə başqaları olmasın? Vallah, Kəmaləddin Heydərovu anlaya bilmirəm. Ramiz Mehdiyev Azərbaycan dövlətinin əleyhinə fəaliyyətlə məşğuldur. Bu məsələ artıq vitse-spiker səviyyəsində qaldırıldı”.

Bunu politoloq Cümşüd Nuriyev deyib.

C.Nuriyev qeyd edib ki, Kəmaləddin Heydərov Prezident İlham Əliyevə ən sadiq şəxslərdən biridir: “Anlamadığım odur ki, belə bir şəraitdə Ramiz Mehdiyevin bütün ailə üzvlərinin hamısı işləyir. Necə olur, bir ailədə neçə nəfər varsa, hamısı işləyir, amma bizim hamımızı 20-25 ildir gözlədirlər. Əvvəl deyirdilər ki, cavansınız, indi deyirlər qocasınız. Necə olur bəs Ramiz Mehdiyevi 80 yaşında AMEA-ya prezident qoydular? Oğlu gözünü açandan generaldır, kürəkəni deputat, qızı da kafedra müdiridir, həyat yoldaşı da...

Nədir bu? Bunlar seçilmiş adamlardırlar ki? Anlamıram, bir adam dövlətin əleyhinə işləyirsə, o dövlətin məmurları niyə dövlət əleyhinə olan adamın bütün kadrlarını dəstəkləyirlər? Əslində onlar heç əvəzolunmaz kadr da deyillər. Düzü, burada bir az “nonsens” yaranır. Çünki dəqiq bilirəm ki, Kəmaləddin Heydərov heç vaxt nə dövlətin, nə də Prezident İlham Əliyevin əleyhinə gedər. Amma niyə Ramiz Mehdiyevin oğlunu yanında saxlayıb, buna özü aydınlıq gətirsə, daha yaxşı olar. Dövlət ayrı-ayrı adamlara deyil, xalqa xidmət etməlidir. Amma bütün vəzifədə olanların uşaqları hər yeri tutub, oturublar. Qalanları çətin vəziyyətdədir...”.(Pravda.az)

Son xəbərlər

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Bütün xəbərlər