gundem / siyaset / Cəmiyyət
18.08.2022
Dövlət Turizm Agentliyinin iki sektor müdiri işdən çıxarılıb - ADLAR
Dövlət Turizm Agentliyinin iki sektor müdiri vəzifəsindən azad edilib.
"dogruxeber.tv"ın APA-ya istinadən əldə etdiyi məlumata görə, xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri Cavid Abdullayev və Beynəlxalq təşkilatlarla iş və protokol sektorunun müdiri Kənan Firdovsi oğlu öz ərizələri əsasında işdən ayrılıblar.
Xəbəri Dövlət Turizm Agentliyindən APA-ya təsdiqləyiblər.


