Taxılın qiyməti gələn il də artacaq

"Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra dərinləşən taxıl qıtlığı fonunda ölkələr yerli istehsalı daha çox artırmağa çalışır. 2022-ci ildə taxıl istehsalının artırılması və əkin sahələrinin genişləndirilməsi Azərbaycan üçün də priotitet idi".

"dogruxeber.tv" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, gələn il də taxıl qıtlığının dünyada əsas problemlərdən biri olacağı gözlənildiyindən, bizim üçün ehtiyatların artırılması və idxalın əvəzlənməsi aktuallaşmaqdadır:

"Artıq Azərbaycanda dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. Bu il 955,2 min hektar sahədə dənli bitkilər əkilib. Sahələrdən 2 milyon 850,0 min ton məhsul toplanıb, məhsuldarlıq 30,4 sentnerə bərabər olub. Məhsulun 1 milyon 731 min tonunu və yaxud 60,8 faizini buğda, 1 milyon 92 min tonunu (38,3 faizini) arpa, 26,2 min tonunu (0,9 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib".

Deputat bildirib ki, Azərbaycan taxıla olan tələbin 60 faizini yerli istehsal, digər hissəsini isə idxal hesabına ödəyir:

"Builki statistik rəqəmlər göstərir ki, gələn ildə də tələbin ödənilməsi üçün taxıl idxalı həyata keçirilməlidir. Taxıla olan tələbin tam ödənilməsi üçün yeni idxal mənbələrinin tapılması və ehtiyatların artırılması aktual olaraq qalmaqdadır. Ötən il taxıl idxalımızda Rusiyanın payı 95.0 faizə yaxın idi. Bu il idxal balansımızda Qazaxıstanın payının müqayisəli olaraq artması müşahidə edildi. Son aylar taxıl istehsalçılarının ixracatı məhdudlaşdırması idxal mənbələrini xeyli azaldıb. Ukraynada əkin sahələrinin kəskin azalması da gələn il qlobal taxıl təminatına təsirsiz ötüşməyəcək. Bu baxımdan, dünya bazarında taxılın qiymətinin gələn ildə də yüksələcəyi istisna edilmir. Ona görə də, idxaldan asılılığın minimumlaşdırlması getdikcə daha da prioritetləşir".

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər