Ruslan Əliyev polkovnik-leytenant Təbriz Kərimovun ailəsini ziyarət edib-VİDEO

Ruslan Əliyev şəhid general-mayor Polad Həşimovun səngər yoldaşı, polkovnik-leytenant Təbriz Kərimovun ailəsini ziyarət edib.

"dogruxeber.tv" Qanunla.Az-a istinadən xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ilə birgə polkovnik-leytenant Təbriz Kərimovun ailəsini ziyarət ediblər. Təbriz Kərimov Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan Tovuz döyüşlərinin iştirakçısıdır. Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatlarının qarşısının qətiyyətlə alınmasında onun da müstəsna rolu olub. 24 ildir Azərbaycan ordusuna xidmət edən polkovnik-leytenant Təbriz Kərimov acı da olsa, bu döyüşlər zamanı general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər neçə-neçə mərd, vətənsevər qəhrəmanların şəhidlik zirvəsinə ucaldığı anın canlı şahidi olub. Ölkə rəhbərliyi tərəfindən Vətən uğrunda canından keçərək qanı ilə tarix yazan şəhidlərimizin ailə üzvlərinə, sağlamlığını itirən qazilərə, habelə müharibə iştirakçılarına hər zaman xüsusi diqqət və qayğı göstərilir. SOCAR rəhbərliyi də bu kateqoriyadan olan müraciətlərə böyük önəm verir. Görülən işlər çərçivəsində polkovnik-leytenant Təbriz Kərimovun yaşadığı fərdi yaşayış evi SOCAR rəhbərliyinin tapşırığı ilə qısa müddət ərzində təbii qazla təmin edilib. Baş direktor görüş zamanı ailənin qayğıları ilə maraqlanaraq hər zaman onların müraciətlərinin icrasına hazır olduğunu qeyd edib.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər