ANS-ÇM radiosu açılır? - AÇIQLAMA

“Audiovizual Şura (keçmiş Milli Televiziya və Radio Şurası) birdən-birə üç radio tezliyini tenderə çıxarıb. Və sözsüz ki, ANS-ÇM də bu müsabiqədə iştirak edir. Düşünürəm ki, bu dəfə Azərbaycanı və azərbaycanlıları ən qabaqcıl dövlət və millət kimi göstərən, Qafqazda və Orta Asiyada ilk FM Radio olan ANS-ÇM tenderdə qalib gələ biləcək”.

"dogruxeber.tv"ın modern.az-a istinadən məlumatına görə, bunu ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Mustafayevin adını daşıyan ANS-ÇM Radiosu həm də bütün şəhidlərə olan xalq hörməti və ehtiramıdır.

“Hamı bilir ki, ANS-ÇM Radiosu Çingizin qardaşları Vahid və Seyfulla Mustafayevlər tərəfindən yaradılıb və bütün fəaliyyət boyu yalnız Azərbaycan xalqının vətənpərvərliyi, özünüdərketmə prinsiplərini dəyərləndirməsinə, milli-mədəni irsimizin bu dinamik inkişaf edən dünyada layiqli yerini qazandırmağa və ümumiyyətlə, müasirliyə qulluq edib”.

V.Mustafayev deyib ki, ANS-ÇM Radiosu "Döyüş Alnınıza Yazılıb" şuarının elçisi və daşıyıcısıdır.

“Bu şuarla bizim daimi dinləyicilərimiz indi də hər an Vətəni qorumağa və bizə aid olan hər şeyi almağa qadirdir!”.

V.Mustafayevin sözlərinə görə, Milli Qəhrəman Çingiz Mustafayev adına Radio eyni zamanda böyük bir media məktəbi idi.

“Bu gün əksər radiolara rəhbərlik edən peşəkarlar məhz ANS-ÇM-in şinelindən çıxıb, fəaliyyətlərini bu sahədə peşəkarcasına davam etdirirlər. ANS-ÇM daim təlim və təhsil məsələlərinə diqqətlidir, şəxsən mən daim əməkdaşlarımın müasir media texnologiyalarına uyğun fəaliyyət göstərməsi üçün dayanmadan təlimlər keçirirdim. ABŞ, Böyük Britaniya, Almaniya və s. ölkələrdən mütəxəssisləri gətirərək Azərbaycan Radiosunun dünya birinciləri ilə bir sırada durmasına müvəffəq olmuşdum!”, - V.Mustafayev əlavə edib.

Şirkət rəhbəri onu da deyib ki, Audiovizual Şuranın (keçmiş MTRŞ) nümayəndələri onların ofisinə gəlib baxış da geçiriblər.

“Gəldilər, radiomuzun və ən müasir texnologiyalara arxalanan avadanlığı ilə tanış oldular və dedilər: "Siz həmişəki kimi hamıdan irəlidəsiniz. Xahiş edin yuxarıdan ki, sizə tezlik versinlər! Biz də ANS-ÇM-in fəaliyyətinin bərpasının tərəfdarıyıq, amma bu qərarı biz vermirik...".
Hörmətli Audiovizual Şura əməkdaşları, bu dediklərinizi də etdik. Həmişəki kimi, müsbət qərarınıza inamla, Allah Azərbaycanı qorusun!”.

Xatırladaq ki, keçmiş Milli Televiziya və Radio Şurasının 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS-ÇM radiosunun lisenziyası ləğv edilib.
Daha sonra Bakı Apelyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın da lisenziyasını ləğv edib.
ANS Şirkətlər Qrupuna məxsus digər jurnallar da o vaxtdan fəaliyyətini dayandırıb.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər