“AzerGold” QSC və Peşə Təhsili üzrə Dövlət Agentliyi  növbəti Təqaüd proqramını elan edir

"dogruxeber.tv" bildirir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) arasında təsdiq olunmuş Fəaliyyət Planına uyğun olaraq peşə təhsili
müəssisələrində sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələr üçün növbəti “Təqaüd proqramı” layihəsinin icrasına başlanılır.

Dağ-mədən sahəsində ixtisaslı kadr hazırlığına dəstək məqsədilə təsis edilən təqaüd Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan
tələbələr arasında keçiriləcək müsabiqə əsasında təqdim olunacaq. Müsabiqədə tam orta təhsil bazasından sözügedən peşə təhsili mərkəzlərinə qəbul olunan və 2022-2023- cü tədris ili üzrə “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru”, “Mexaniki yığma işləri üzrə çilingər”, “Torna və frezer dəzgahların operatoru”, “Kimyəvi analiz laborantı”, “Çilingər-santexnik”, “Elektrik qaz qaynaqçısı”, “Dağ mədən işləri üzrə mütəxəssis” ixtisasları üzrə təhsil alacaq tələbələr iştirak edəcəklər.

Münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmə zamanı müvafiq olaraq ən yüksək nəticə göstərəcək 10 namizəd qalib qismində elan olunacaq. Müsabiqəni uğurla keçmiş tələbələr müvafiq təltifnamə və hər tələbə üçün 9 ay müddətində olmaqla hər ay 200 AZN olmaqla təsis edilmiş təqaüd əldə edəcəklər. Bununla da tələbələr, həmçinin “AzerGold” QSC-də istehsalat təcrübəsi keçmək və gələcəkdə karyeralarını dağ-mədən sənayesində qurmaq imkanını da əldə edəcəklər.
Xatırladaq ki, peşə təhsili müəssisələrində sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələr üçün ilk “Təqaüd proqramı” layihəsi ötən il uğurla icra edilib.
Həmçinin proqramı müvəffəqiyyətlə başa vurmuş 17 tələbədən 4 nəfəri “AzerGold” QSC-də işlə təmin edilib.

Qeyd edək ki, “AzerGold” QSC və PTDA arasında əməkdaşlığın hüquqi bazasını 19 may 2020-ci il tarixində qurumlar arasında qiymətli və əlvan metal filizi yataqlarının
öyrənilməsi, tədqiqi, kəşfiyyatı, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı üzrə ehtiyac duyulan peşə təhsilli ixtisaslı kadrların hazırlanması istiqamətində birgə fəaliyyətlə bağlı imzalanmış Anlaşma Memorandumu təşkil edir.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər