“AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir

"dogruxeber.tv" xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramı müsabiqəsini elan edir.
Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında və lazımi kadrlar ilə təmin edilməsi məqsədi ilə təsis edilən təqaüd Azərbaycanda faəliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında keçiriləcək müsabiqə əsasında təqdim olunacaq. Müsabiqədə 2022-2023-cü tədris ili üzrə bakalavr və magistr səviyyəsinin sonuncu kursunda dağ-mədən mühəndisliyi, geologiya və metallurgiya sahələri üzrə əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr iştirak edə bilərlər. Müsabiqə iki – test imtahanı və müsahibə mərhələsindən ibarətdir.
Təqaüd komissiyası tərəfindən aparılan qiymətləndirmə zamanı test imtahanında ən çox bal toplayan 20 namizəd müsahibəyə buraxılacaq. Növbəti mərhələdə hər bir namizədin hazırlığı müvafiq qiymətləndirmə meyarlarına uyğun olaraq müəyyən ediləcək. Yekunda müsabiqəni uğurla keçən 10 nəfər tələbə Təqaüd proqramına cəlb edilərək, hər biri müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 AZN məbləğində təqaüd əldə edəcək. Proqramda iştirak edən tələbələrin Səhmdar Cəmiyyətdə təcrübə proqramlarında iştirakı və məzun olduqdan sonra müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulur.
Təqaüd proqramı layihəsi və müsabiqənin şərtləri ilə ətraflı tanış olmaq üçün “AzerGold” QSC-nin rəsmi veb-saytında “Karyera” bölməsində yaradılmış “Təqaüd proqramı” altbölməsinə daxil ola bilərsiniz. Müsabiqədə iştirak etmək üçün sözügedən altbölmədəki müraciət formasını doldurmaq tələb olunur. Müsabiqəyə elan dərc edildikdən sonra (15 iyul 2022) start verilir. Müraciət üçün son tarix 31 iyul 2022-ci ildir.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən 2021-2022-ci tədris ili üzrə müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrində təhsil alan 9, peşə təhsili müəssisələrində isə təhsil alan 18 tələbəyə təqaüd verilib.

Oxunub: 429

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər