Cəmiyyət
12.10.2022
"Bu, jurnalist adından istifadə hallarının qarşısını alacaq" - Əhməd İsmayılov
"Media reyestrində olmayan jurnalistlərin fəaliyyəti ilə bağlı heç bir məhdudiyyət olmayacaq".
dogruxeber.tv xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, vəsiqənin arxasında olan barkod vasitəsi ilə jurnalist haqda bütün məlumatları əldə etmək mümkün olacaq:
“Vəsiqə jurnalistlərə üstünlük vermir. Sadəcə reyestrdə olmaq faktını təsdiqləyir. Bu da jurnalist adından istifadə hallarının qarşısını alacaq”.



