gundem / Cəmiyyət
27.10.2022
Metroda gediş haqqı artacaq? - AÇIQLAMA
Bakı metrosunda bu il və gələn il qiymət artımı olmayacaq.
"dogruxeber.tv" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
"Metropoliten tərəfindən bununla bağlı Tarif Şurasına heç bir müraciət olunmayıb və müraciət olunması gözlənilmir", - deyə H. Məmmədov qeyd edib.



