gundem / dunya
10.11.2022, 13:46
Paşinyan itkin düşən ermənilərin yeni sayını açıqladı
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan tərəfindən itkin düşən hərbçilərin sayı ilə bağlı yeni rəqəm açıqlayıb.
dogruxeber.tv xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə hökumətin iclasında deyib.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən 777, İkinci Qarabağ müharibəsində isə 203 nəfər itkin düşüb. O bildirib ki, cari ilin sentyabrında iki ölkə sərhədində son eskalasiya zamanı isə 16 erməni itkin düşüb.



