gundem / Cəmiyyət
19.11.2022
Bu yollarda görmə məsafəsi məhdudlaşacaq
Dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.
Bu barədə "dogruxeber.tv"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Noyabrın 20-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt, Bakı-Quba, Quba-Xaçmaz, Quba-Qusar, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd, Hacıqabul-Şirvan, Şirvan-Noxudlu-Salyan, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.



