“Nar” yerli İT peşəkarlarının yetişməsinə dəstək olur

"dogruxeber.tv" xəbər verir ki, Azərbaycanda İT ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi yetişməsi məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) təsis edilmiş “Nar” GSM laboratoriyası yeni avadanlıqlarla təchiz edildi.

Yeniliklərlə tanış olmaq məqsədilə, “Nar” rəhbərliyi universitetin rəhbər heyətilə birgə laboratoriyanı ziyarət etdi və faydalı əməkdaşlığı daha da genişləndirmək barədə müzakirə apardı. Müxtəlif mobil rabitə cihazları ilə təchiz edilmiş laboratoriyada tələbələr sərbəst şəkildə lokal mobil şəbəkə yaradaraq telekommunikasiyanı təcrübədə öyrənir.

“Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) Baş İcraçı Direktoru Qunnar Panke Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrə verdiyi dəyərə görə rektor Vilayət Vəliyevə təşəkkür etdi. ““Nar” olaraq, mobil rabitə sahəsində sahib olduğumuz bilikləri texniki ixtisaslar üzrə təhsil alan tələbələrlə paylaşaraq, onların peşəkar mobil rabitə mütəxəssisləri kimi yetişməsini qarşımıza hədəf qoymuşuq. Bu mənada,
universitetinizdə həyata keçirdiyimiz layihələr ümumilikdə Azərbaycanın rabitə bazarı üçün əhəmiyyət kəsb edir.” – deyə Qunnar Panke bildirdi.

Göstərdiyi dəstəyə görə, mobil operatora minnətdarlığını bildirən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Nar” GSM laboratoriyasının universitet üçün əhəmiyyətini vurğuladı:
“Laboratoriyadakı cihazlarla işləyən tələbələr öz nəzəri biliklərini təcrübədə öyrənmək imkanı əldə edir. Laboratoriyada qazandıqları təcrübi biliklər yaxın gələcəkdə tələbələrin karyerasında mühüm rol oynayacaq və onlar universitetimizdən məzun olduqdan sonra qısa müddət ərzində rabitə sahəsinin peşəkarları olacaqlar.”

“Nar” yerli İT peşəkarlarının yetişməsinə dəstək olur

Qeyd edək ki, “Nar” GSM Laboratoriyası 2013-cü ildə “Nar” və AzTU arasında imzalanmış memorandum əsasında fəaliyyət göstərir.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

“Nar” yerli İT peşəkarlarının yetişməsinə dəstək olur

Oxunub: 463

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər