Gələn il ATƏT-ə bu ölkə sədrlik edəcək

Polşanın Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclası başa çatıb.

"dogruxeber.tv" xəbər verir ki, ATƏT-in iştirakçısı olan 57 dövlətin xarici işlər nazirləri və rəsmi nümayəndələrinin qatıldığı iclasda Rusiya-Ukrayna müharibəsinin yaratdığı fəsadlar, regional təhlükəsizlik çağırışlarından tutmuş insan alveri riskləri və enerji təhlükəsizliyi sahəsindəki yeni çağırışlara kimi müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.

Toplantı Polşanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakına icazə verməməsi və Rusiyanın buna sərt reaksiyası ilə yadda qalıb.

Nazirlər Şurasının iclası ATƏT-in fəaliyyətdə olan sədri Polşanın təşkil etdiyi sonuncu yüksək səviyyəli tədbir olub.

Gələn ilin yanvarın 1-də Şimali Makedoniya təşkilata sədrlik edəcək.

ATƏT-in Baş katibi Helqa Mariya Şmid sona çatmaqda olan ilə yekun vuraraq bildirib ki, geriyə nəzər salarkən, bu il müharibənin özü ilə gətirdiyi dağıntıları, təşkilatın müharibənin yaratdığı çətinlikləri yüngülləşdirməyə çalışdığını və təkcə Ukraynada deyil, digər regionlarda da sabitlik və təhlükəsizliyin təmin olunması üçün çalışan aktor və qurumları dəstəklədiyini görmək mümkündür.

Oxunub: 342

Son xəbərlər

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Bütün xəbərlər