"Rəcəb Babaşov  məni qəbul etmir" - Qazax sakini "qan ağlayır" // VİDEO

Qazax rayonunun Ağköynək kəndinin daha bir sakini Mehdiyev Elşən Maksim oğlu "dogruxeber.tv"a videomüraciət ünvanlayıb.

Vətəndaş müraciətində bildirir ki, "Özüm ağır xəstəyəm. Böyrəyimdən əməliyyat olunmuşam, hazırda tək böyrəklə yaşayıram. Odur ki, ağır işdə işləyə bilmirəm, səhhətim buna imkan vermir. Övladlarımız azyaşlıdir, həyat yoldaşım da onlara və mənə baxmaq məcburiyyətindədir.
Bir sözlə - ailədə kimsə gəlir gətirmir. Ünvanlı sosial yardım, yaxud pensiya almıram. Torpaq istəyirəm, onu da vermirlər ki, heçolmasa gücüm çatan qədər onunla 1-2 manat çörəkpulu çıxarım. Məndən 800 (səkkiz yüz) manat rüsum tələb edirlər torpaq üçün. Mən o pulu hardan tapım?!

Böyük övladımın 10, ikincinin 8 yaşı var, hələ də məktəbə getmirlər, təhsildən geri qalırlar. Evim də ki, çox bərbad vəziyyətdədir. Yaşamağın mümkün olmadığı bu uçuq damda mən ailəm və üç azyaşlı övladımla yaşamağa məcburam."



Görüntülərdən də məlum olur ki, Ağköynək kənd sakini Elşən Mehdiyev yaşadığı evin həyətində yeni mənzil tikib, lakin səhhəti və maddi imkanlarının olmaması yeni mənzilin tikintisini başa çatdırmasına əngəl olub.

Bildirir ki, "Aylardır ki, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qəbuluna düşə bilmirəm. Qəbul günləri də gedirəm qəbul etmir, başqa günlərdə də."

Qeyd edək ki, artıq bir neçə aydır ki, Qazax rayonunun çoxsaylı sakinləri tərəfindən "dogruxeber.tv"a davamlı müraciətlər göndərilir, "Kanal14" YouTube kanalımızda, "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradır, efirdə gileylənirlər və sair...

Hamının da birinci qınaq hədəfi rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur.

Rəcəb Babaşov zaman-zaman sərvətləri və səlahiyyətlərindən şəxsi məqsədləri üçün istifadə etməkləri ilə medianın gündəmində olub.

"Azərbaycan Dəmir Yolları" QSC -nin keçmiş sədri Cavid Qurbanovun kadrı olduğu deyilən Rəcəb Babaşov Sabirabaddakı obyektləri - daşınmaz əmlakları, paytaxt Bakıda dəbdəbəli evləri, biznesləri ilə bərabər, cəmiyyət arasındakı kobud davranışları və "söyüşcüllüyü" ilə də yerli mətbuatın tənqid hədəfi olub.

Lakin, görünür barəsində yazılan bu qədər tənqidlər, rəhbərlik etdiyi rayonun sakinlərinin şikayətləri, narazılıqları Rəcəb Babaşov üçün heç nəyi dəyişmir. Məhz buna görə də şikayət və tənqid siyahısı hər gün daha da böyüyür.

Qazax sakinlərinin bildirdiyinə görə yeyinti və korrupsiya halları ilə gündəmdən düşməyən "Qazax rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsi"nin direktoru Sevda Məmmədova və Ağköynək kənd bələdiyyəsinin sədri Nəzakət Mansurovanı da bu cür qanunazidd əməlləri ilə birlikdə himayə edən məhz icra başçısı Rəcəb Babaşovdur.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə Elşən Mehdiyev kimi, aylarla İcra başçısının qəbuluna düşə bilmədiyini deyən sakinlərdən fərqli olaraq, icra hakimiyyətinin yeyinti faktları barəsində məlumatlı olan bəzi aktiv sakinlər var ki, susmaq üçün İcra başçısından ev, torpaq sahəsi, iaşə obyekti və sair rüşvət alıblar.

Elşən Mehdiyev isə qarlı qış günlərində üç azyaşlı övladı, ailəsi ilə birlikdə uçuq-sökük köhnə bir damda yaşayır. Tikintisi yarım qalmış evinin tikintisini başa çatdırmaqda yardımçı olmalarını xahiş etmək üçün dəfələrlə İcra Hakimiyyətinə üz tutsa da, kor-peşiman geri dönür.

10 və 8 yaşlı övladlarının bu yaşına qədər təhsildən yayınmasını isə birinci növbədə kənd orta məktəbinin, rayon təhsil şöbəsinin və "müasir təhsil" adı altında hər gün yeni addımı ilə uçuruma doğru gedən Elm və Təhsil Nazirliyinin məsuliyyətsizliyi adlandırmaq olar.

Ölkə xaricində yaşamış soydaşlarımız da təsdiq edər ki, bir çox demokratik ölkələrdə təhsil məcburidir. Övladını oxutmaq istəməyən valideynlərdən belə bəzi dövlət qurumları məcburi şəkildə əlindən almaq bahasına da olsa təhsilə cəlb edirlər. O ki, qaldı valideyin oxutmaq istəyə, buna maddi durumu imkan verməyə.

Torpağının altı-üstü sərvətlərlə zəngin olan Azərbaycanda bu cür yoxsul ailələrin hələ də var olması bütövlükdə bir ölkə adına başıaşağılıq gətirir, nəinki rayon adına.

Mövzuya təkrar qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 820

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər