ƏDV-nin ödənilməsi vaxtı bir gün uzadıldı

Vergi Məcəlləsinin dəyişikliyə qədər qüvvədə olan tələblərinə əsasən, vergi ödəyicisi tərəfindən ƏDV-nin məbləği alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmadan ödənilməli idi.

Dövlət Vergi Xidmətindən "dogruxeber.tv"a verilən məlumata görə, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən isə vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilirdi. Aparılan əməliyyat üzrə ƏDV-nin ödənilməsi vaxtı ilə bağlı tələb əməliyyatın əsas məbləğinin ödənilməsi ilə eyni gündə olduğundan, praktikada vergi ödəyicisindən asılı olmayan səbəblərdən, məsələn, banklar tərəfindən köçürmə əməliyyatının növbəti gün icra edilməsi səbəbindən bu müddət ötürülür və nəticədə vergi ödəyicisi maliyyə sanksiyası ilə üzləşirdi.

Bu baxımdan, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və onların əlavə maliyyə itkilərinə məruz qalmaması məqsədilə Vergi Məcəlləsində müvafiq dəyişiklik edilib və aparılan əməliyyatlar üzrə ƏDV məbləğinin əsas məbləğ ödənildikdən sonra 1 iş günü müddətində ödənilməsi imkanı yaradılıb. Beləliklə, bundan sonra vergi ödəyiciləri əsas məbləğin ödənildiyi gün ƏDV məbləğinin ödənilməməsinə görə maliyyə sanksiyasına məruz qalmayacaqlar.

Oxunub: 500

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər