gundem / siyaset / dunya
10.03.2023, 10:45
Si Cinpin yenidən Çin prezidenti seçildi
Ümumçin Xalq Nümayəndələri Konqresinin (MPK) deputatları martın 10-da yekdilliklə Si Cinpini üçüncü müddətə Çinin prezidenti seçiblər.
"dogruxeber.tv" xəbər verir ki, o, daha beş il ölkəyə rəhbərlik edəcək.
Seçkilər bu gün səhər saatlarında 14-cü MPK-nİn birinci iclasının üçüncü plenar iclasında keçirilib. Səsvermə gizli baş tutub.



