SUPERNAZİRİ HƏDƏFƏ ALAN KİMDİR? - Eynullamı, yoxsa qurban olduqları?..


Eynulla Fətullayev Mikayıl Cabbarova hücum edib. Mikayıl Cabbarovu nepotizmdə günahlandırıb. Nepotizm qohumbazlıq deməkdir. Deməli Eynulla Fətullayev özünü bəzilərinə elmli və bilikli göstərmək üçün bu termindən istifadə edir. Amma yanlış zamanda, yanlış adama hücum etməklə.
Mənim ümumiyyətlə bu hökuməti nə tərifləmək nə də kimisə müdafiə etmək fikrim zadım yoxdur. İdeologiyası, gələcəyə aid planları olmayan, öz xalqına qarşı acımasız davranış sərgiləyən, onu aclığa və yoxsulluğa sürükləyən hakimiyyəti sevməyə borcum yoxdur. Amma...
Eynulla Fətullayev bu hakimiyyətdən qidalanan adamdır. Özü Sevinc Osmanqızına verdiyi müsahibədə etiraf edirdi ki, illik 300 min manat vergi verir. Yəni Eynulla Fətullayev hüquqi şəxsdir və ƏDV ödəyicisidir (Qeyd edim ki, illik 200 min manata qədər vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyiciləri hesab olunurdu) adamın illik gəlirinin 18 faizini 300 min manat təşkil edirsə deməli həmin adamın illik gəliri təxminən 1 milyon 600 min manatdan çoxdur. Söhbət Azərbaycandan gedir ha... Özü də o ölkədən ki, yuxarıların tapşırığı olmadan nə qədər istedadlı junralist olursan ol, sənə heç bir manat da verən olmaz. Dediyimə nümunə kənarda axtarmayın, mən özüməm.
Deməli nə TV, nə qəzet, nə də media holdinq rəhbəri olmayasan, hökumətə müxalifətdə durasan, həm əməkdar jurnalist adı alasan həm də sıradan bir sayt rəhbəri olub, ildə 300 min manat vergi ödəyicisi olasan. Bu nağıla da hamını inandırmağa çalışasan!
Mikayıl Cabbarova da, hətta hökumət də bunun bir nağıl olduğunu yaxşı bilir.
Mikayıl Cabbarov bu hökumətin ən yetim adamıdı. Onun elə bir ətrafı və təkan verəcək adamı yoxdur ki, desinlər Mikayıl Cabbarov filankəsin şotuna kef edir. Əksinə, bəlkə də bu hökumətdə ən çox işləyən adamlardan biri Mikayıl Cabbarovdur.
Son illər Azərbaycanda büdcə gəlirlərinin 3 dəfəyə qədər artmasının səbəbkarı Mikayıl Cabbarovun vergi ilə bağlı gördüyü işlərdir. Demək olar ki, Azərbaycanda bütün iş adamları, bütün məmurlar, kiçik və böyük sahibkarların hamısı vergi ödəyicisinə çevrilib.
Deməli, Eynulla Fətullayevin Mikayıl Cabbarova hücumunun altında nələrsə yatır. Əgər elə deyilsə, o zaman indiyə qədər Eynulla Fətullayev niyə heç bir məmur haqqında nepotizmdən yazmırdı? Yoxsa ölkədə məmur qohumlar yoxdur?
Necə oldu ki, Eynulla Fətullayev Ramiz Mehdiyevin zamanında nepotizmin ən böyük nümunəsi olan bu xəbərləri, ( https://www.yeniavaz.com/.../qohum-olan-memurlar-siyahi) Ramiz Mehdiyevdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat naziri təyin edilən Rəşad Nəbiyevin nazirlikdə yaratdığı nepotizmi (Rövşən Rüstəmovu özünə müavin, qardaşı Heydər Rüstəmovu isə Dövlət Radiotezliklər İdarəsinə rəis təyin edəndə) bunu görmədi, amma Mikayıl Cabbarovda o dəqiqə gördü?
Deməli, Eynulla Fətullayevin məqsədi öz maraqları naminə ölkənin ən yaxşı işləyən nazirini vurmaqdır.
Bu da kənardan çox eybəcər görsənir. Ondansa, Eynulla Fətullayev ölkədə iş adamlarına qarşı Vergilər İdarəsi tərəfindən yaradılan süründürməçilikdən, yanlışlıqla və ya bilərəkdən onların hesabına qoyulan bloklardan, həmçinin ölkədə süni şəkildə yaradılan inhsarçılıqdan yaza və buna görə Mikayıl Cabbarovu tənqid edə bilərdi. O zaman eyvallah, deyərdik. Amma bunlar cəmiyyət tərəfindən o qədər də maraqla qarşılanmır. Mikayıl Cabbarovun rəhbər vəzifədə qohumbazlığı isə cəmiyyət üçün daha maraqlı və tez trendə çevrilən mövzudu. Deməli, Eynulla Fətullayev yaxşı yerdən yapışıb.
Bəlkə də bir gün elə bu hökumət tərəfindən Eynulla Fətullayev yenidən barmaqlıqlar arasına göndəriləcək. Amma bu dəfə onu nə vaxtilə dostluq etdikləri insanlar, nə də qazandığı pullar çıxara bilməyəcək...
Çalışın, salamat qalın, pul gəldi gedərdi, əsas özünüzü qoruyun... Qalanı boş şeydi...

Elmar Hüseynov - DİA.AZ

Son xəbərlər

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Bütün xəbərlər