Hacıqabulda torpaq məcralı kanal beton üzlüyə alındı - FOTOLAR



Hacıqabul rayonunda torpaq məcralı kanal beton üzlüyə alınıb.

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov dogruxeber.tv-a bildirib ki, Hacıqabul Suvarma Sistemləri İdarəsi yaz-yay suvarma mövsümü üçün hazırlıqlarını yekunlaşdırmaq üzrədir. İdarə mülkiyyətdə olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edir, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Rayon ərazisində əkilən kənd təsərrüfatı bitkilərinin vaxtında suvarılması isə öndə duran vəzifələrdən biridir. Suvarılmanın mütəşəkkil aparılması üçün hər il rayon ərazisində olan torpaq kanallar betonla əvəzlənir ki, bu da su itkisinin qarşısını alır. Bu məqsədlə Meyniman suvarma sahəsi üzrə torpaq məcralı Ələtli kanalının bir hissəsi üzərindəki 7 ədəd hidrotexniki qurğularla birlikdə əsaslı təmir olunaraq  betonla üzlənərək istismara verilib.

Əkinlərin su təminatının yaxşılaşması üçün cari ildə idarənin texnikaları vasitəsilə 332 km magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilib. İdarə üzrə cari ildə 78 ədəd hidrotexniki qurğu, 2 km növ kanallar, 3 km beton kanallarda, 2 km boru xətlərində cari təmir işləri görülüb. 

Bununla bərabər quraq keçən vaxtlarda əkinlərin su təminatında yaranmış çətinliklərin aradan qaldırılması üçün daxili imkanlar səfərbər edilərək vəziyyətdən çıxmaq mümkün olub. 2023-cü təsərrüfat ili üçün əkilən bitkilərin suvarılması hazırda davam edir. Taxıl suvaran fermerlər bu il sahələrdən bol məhsul gözləyirlər. Çünki, vaxtında aparılan suvarma bunu deməyə əsas verir.

Qeyd edək ki, Hacıqabul Suvarma Sistemləri İdarəsi 19 min haktara yaxın suvarılan torpaqlarda kənd təsərrüfatı əkinlərini, meşə zolağını və rayonun 34 min hektar qış otlaqlarında su təminatını həyata keçirir. 

Hacıqabulda torpaq məcralı kanal beton üzlüyə alındı - FOTOLAR
Hacıqabulda torpaq məcralı kanal beton üzlüyə alındı - FOTOLAR

Son xəbərlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Bütün xəbərlər