Qaxda sel sularından mühafizə tədbirləri görülür


Qax rayonunda sel sularından mühafizə tədbirləri görülür.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov dogruxeber.tv-a bildirib ki, Yaz və payız aylarında yağıntıların bol olması dağ çaylarında suyun səviyyəsini artırır. Artan sululuq isə yaşayış məntəqələrinə və əkin sahələrinə təhlükə yaradır. Bəzən belə hallar sel gəlməsi ilə nəticələnir. Ancaq öncədən görülən tədbirlər belə halların qarşısını alır. Bolsululuğu ilə seçilən Kürmük çayı rayonun və bölgənin ən böyük çaylarından hesab olunur. Selə meyilliliyi ilə seçilən bu çayda tarixən sel fəlakətləri baş verib. Müasir dövrdə isə belə halların qarşısı əvvəlcədən planlaşdırılmış şəkildə alınır. Bu vasitələr isə çayın sağ və sol sahillərində qurulan bəndlərdir. Hazırda Qax Suvarma Sistemləri İdarəsi tərəfindən suvarma dövründə sel, su və daşqınlar nəticəsində fermerlərin problemlə qarşılaşmaması üçün qabaqlayıcı tədbirlər görülür.

Qax Suvarma Sistemləri İdarəsi selə qarşı mübarizə ilə yanaşı rayon ərazisində olan əkin sahələrinin suvarılmasını da mütəmadi olaraq təmin edir. Suvarılmanın mütəşəkkil aparılması üçün torpaq məcralı kanallar daimi olaraq lildən təmizlənir, su itkisinin qarşısının alınması məqsədilə isə kanallar beton üzlüyə alınır. Bundan başqa əhalinin suvarma və içməli suya olan təlabatını ödəmək üçün bu il 5 ədəd artezian, 2 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib.

Qeyd edək ki, Qax rayonu ərazisində suvarılan sahələrə xidmət edən əsas mənbələr-Kürmük çayı, Qum çayı, Ləkit çayı ,Zərnə çayı, Qapıçay çayı, Duruca çayı və qaynama qara sularıdır. Bu il rayonda 6400 ha sahədə taxıl, 170 ha sahədə tütün, 80 ha sahədə yonca, 35 ha sahədə qarğıdalı əkilib və suvarılması aparılıb. Bundan başqa Qax Suvarma Sistemləri İdarəsi tərəfindən 2100 ha fındıq bağları və 90 ha bostan-tərəvəz bitkililərinin də suvarılması həyata keçirilir.

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər