Xorultunun qarşısını dərmansız necə almaq olar?

Xorultu təkcə gecə yuxusunu pozan narahatedici səs deyil, həm də bəzi hallarda sağlamlıq problemlərinin göstəricisi ola bilər. Həkimlər bildirirlər ki, xorultu zamanı yaranan səslər udlaq divarlarının titrəməsi nəticəsində meydana çıxır. Bu vəziyyət dil və yumşaq damaq əzələlərinin həddindən artıq boşalması səbəbindən yaranır. Nəticədə udlaq daralır, hava axını çətinləşir və xorultu əmələ gəlir. Bəzi hallarda isə bu proses nəfəsalmada fasilələrə də səbəb ola bilər.

DogruXeber.tv lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, xorultu daha çox yaş artdıqca əzələlərin zəifləməsi ilə əlaqələndirilsə də, son illərdə gənclər arasında da geniş yayılıb.

Bunun səbəbləri arasında anadangəlmə dar udlaq, burun çəpərinin əyriliyi, burunda poliplərin olması, düzgün olmayan diş qapanışı və ya uzanmış damaq dilciyi göstərilir. Həkimlər qeyd edirlər ki, həddindən artıq alkoqol qəbulu, güclü yorğunluq və artıq çəki də xorultunun şiddətlənməsinə səbəb ola bilər. Xalq təbabətində xorultunu azaltmaq üçün müxtəlif üsullardan istifadə edilir. Onlardan biri sobada bişirilmiş yerkökünün qəbuludur. Hesab edilir ki, yerkökünün tərkibindəki bəzi maddələr əzələlərin tonusunu azaltmağa kömək edə bilər.

Kələm də bu məqsədlə istifadə olunan məhsullardandır. Xalq arasında yatmazdan əvvəl bal ilə qarışdırılmış kələm şirəsinin içilməsinin faydalı olduğu düşünülür. Bunun üçün dörddəbir stəkan kələm şirəsinə bir çay qaşığı bal əlavə etmək tövsiyə olunur. Bəzi insanlar yatmazdan bir neçə saat əvvəl hər burun dəliyinə bir-iki damcı çaytikanı yağı damızdırmağın da rahatlıq verdiyini bildirirlər.

Mütəxəssislər həyat tərzinin dəyişdirilməsinin xorultunun azalmasına kömək edə biləcəyini vurğulayırlar. Siqaretdən imtina etmək, alkoqol qəbulunu məhdudlaşdırmaq və artıq çəkidən qurtulmaq bu baxımdan mühüm əhəmiyyət daşıyır. Əgər xorultu artıq çəki ilə əlaqədardırsa, qidalanma rejiminin yenidən nəzərdən keçirilməsi və fiziki aktivliyin artırılması tövsiyə olunur. Daha çox tərəvəz və meyvə qəbul etmək, yağlı və qızardılmış qidalardan uzaq durmaq faydalı hesab edilir.

Yuxu mövqeyi də xorultuya təsir göstərir. Arxası üstə yatdıqda xorultu adətən daha da güclənir. Buna görə mütəxəssislər yan üstə yatmağı məsləhət görürlər. Bəzi hallarda insanlar gecə arxası üstə çevrilməmək üçün arxa tərəfə tennis topu yerləşdirmə üsulundan istifadə edirlər.

Həkimlər bildirirlər ki, davamlı və güclü xorultu zamanı mütləq müayinədən keçmək lazımdır. Bəzi hallarda xüsusi cihazlar, fərdi müalicə proqramları və ya iltihabəleyhinə preparatlar vəziyyətin yaxşılaşmasına kömək edə bilər.

Son xəbərlər

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

Rusiya NATO-ya hücum üçün bəhanə axtarır - Sikorski

İsrail qoşunlarını Livandan çıxaracaq - Bu şərtlər yerinə yetirildikdə...

Bütün xəbərlər