gundem / hadise / dunya
7.07.2023
Monrealda 200 minə yaxın istehlakçı həddindən artıq istilər səbəbindən işıqsız qalıb
"dogruxeber.tv" CTV-yə istinadən xəbər verir ki, Kvebekdə isti dalğası səbəbindən 200 minə yaxın istehlakçı elektrik enerjisini itirib.
Milli Meteorologiya Bürosunun məlumatına görə, iyulun 6-da Monreal və onun ətraf ərazilərində termometrlər yerlərdə 40 dərəcəyə qədər yüksəlib. Nəticədə sakinlər daxili havanın soyudulması üçün kondisionerlərdən və digər cihazlardan fəal şəkildə istifadə etməyə başladılar ki, bu da elektrik şəbəkələrində kütləvi həddən artıq yüklənməyə səbəb oldu. Zədələnmiş şəbəkələrin bərpası istiqamətində işlər davam etdirilir.
Ölən və yaralananlar barədə məlumat verilmir.
dogruxeber.tv
Anarə Muhəmməd


