DƏHŞƏTLİ SOYUQLAR GƏLİR! Evdən çölə çıxmayın: 14-16 fevral tarixlərində...

Meteorologiya mütəxəssisləri yaxın günlərdə Türkiyədə həddindən artıq soyuq havaların təsirli olacağı barədə xəbərdarlıq edib. Fevralın 17-20 tarixləri arasında qütb mənşəli hava axını nəticəsində kəskin temperatur enişi və “həddindən artıq qar” yağışının olacağı proqnozlaşdırılır.

"dogruxeber.tv" xəbər verir ki, İstanbul Aydın Universitetinin meteoroloqu Dr. Güven Özdemirin sözlərinə görə, fevral ayı şiddətli soyuqlar və güclü şimal küləkləri ilə diqqət çəkir. O qeyd edib ki, yaxın günlərdə Mərmərə bölgəsi və İstanbul daxil olmaqla bir çox şəhərdə daha güclü qar yağışı gözlənilir ki, bu da insanların gündəlik həyatında müəyyən çətinliklər yaradacaq.

Meteorologiya Mühəndisi Adil Tek isə ABŞ və Avropa iqlim modellərinə əsaslanaraq, qütb soyuqlarının Türkiyəyə doğru hərəkət etməsinin yüksək ehtimal olduğunu bildirib. Onun sözlərinə görə, fevralın 12-dən başlayaraq havanın daha da sərtləşməsi, 14-16 fevral tarixlərində isə qarın güclənməsi ehtimal edilir.

“Fevralın 17-20 tarixlərindən etibarən qar yağışının daha geniş əraziləri əhatə edəcəyi və çox aşağı temperaturun müşahidə olunacağı gözlənilir. Hava şəraitinə görə sürücülər və piyadalar buzlanma və duman riskinə qarşı ehtiyatlı olmalıdırlar,” – deyə, o xəbərdarlıq edib.

Hazırda İstanbulun Böyükçekmece, Başakşehir və Beylikdüzü rayonlarında qarın təsiri hiss olunur. Mütəxəssislər gələn həftə üçün daha sərt hava şəraitinə hazır olmağı tövsiyə edirlər.

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər