Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

Qazaxda kişi arvadını döyüb.

DogruXeber.tv-nin xəbərinə görə, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.

İttiham aktına görə, 40 yaşlı Səid Qasımov (ad və soyad şərtidir) səhər saat 5 radələrində evdə arvadı ilə mübahisə edib. Mübahisə zamanı kişi arvadının sifət nahiyəsinə yumruq və sillə ilə zərbələr vurub. Nəticədə qadın bir sıra xəsarətlər alıb.
Qazaxda kişi arvadını döyüb.
Bu əməlinə görə Səid Qasımov saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Südabə ilə (şərti adla) 11 ildir evlidirlər və 3 uşaqları var. Onun sözlərinə görə, özü təmizkar olsa da, arvadı çox səliqəsiz adamdır və onun bu xüsusiyyətini bəyənmir. Əvvəllər də bir neçə dəfə bu mövzuda mübahisələri olub. Sonuncu dəfə səhər saat 5 radələrində evə sərxoş gəlib və görüb ki, Südabə evi yığışdırmayıb. Əsəbiləşərək Südabəni yuxudan oyadıb və evi niyə yığışdırmadığını soruşub. Mübahisə zamanı özündən çıxaraq, arvadını döyüb.

Zərərçəkən Südabə isə ifadəsində ərinin son 2 ildir ki, çox spirtli içki içdiyini deyib. Qadın bildirib ki, sonuncu dəfə sərxoş halda onunla soyuq rəftarının səbəbini soruşub. Onun sözlərinə görə, yaranan mübahisə zəminində Səid onun sifət və göz nahiyələrinə yumruq, eləcə də sillə ilə təxminən 10 dəqiqə zərbə vurub. Uşaqlar həmin vaxt yatdığı üçün hadisəni heç kim görməyib.

Zərərçəkən əri ilə barışmadığını və ondan şikayətçi olduğunu deyib.

Məhkəmənin qərarı ilə Səid Qasımov 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmə əsasən o, elektron qolbaq taxmalı, gecə saat 23:30-dan səhər saat 7-dək evi, 10 ay ərzində isə Qazax və Ağstafanı tərk etməməlidir.

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər