bolge
11.06.2018, 09:08
Tovuzda arvadını bıçaqlayan kişi saxlanılıb - YENİLƏNİB

Tovuzda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən şəxs saxlanılıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, xəstəxanaya çatdırılan Ceyran Tağıyevanı əriŞ 1986-cı il təvəllüdlü Hüseynov Samir Hidayət oğlunun bıçaqladığı müəyyənləşib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
10 iyun
23:07
Tovuzda bıçaqlanma olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Aşağı Öysüzlü kənd sakini, 1991-ci il təvəllüdlü Ceyran Tağıyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə ,qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.



