gundem / siyaset / dunya
12.04.2023, 15:30
MDB Xarici İşlər Nazirləri Şurasının iclası aprelin 14-də Səmərqənddə keçiriləcək
MDB Xarici İşlər Nazirləri Şurasının iclası aprelin 14-də Səmərqənddə keçiriləcək.
"dogruxeber.tv" "lenta.ru"ya istinadən bildirir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, iclasa Qırğızıstan sədrlik edəcək: “Xarici işlər orqanlarının rəhbərləri aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Onlar MDB formatında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcək və ötən 2022-ci ildə XİNlərarası əməkdaşlığın nəticələrinə yekun vuracaqlar”.
dogruxeber.tv
Samirə Əsgərova


