"Ermənistan və Azərbaycan birgəyaşayış formulunu tapmalıdır" - Paşinyan

"İrəvan və Bakı birgə yaşayış formulunu tapmalıdır".

"dogruxeber.tv" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, təhlükəsizlik problemləri həll olunmadan ölkənin inkişafı mümkün deyil. Paşinyan parlamentdə hökumət saatında çıxışı zamanı deyib ki, aprelin 11-də Ermənistan və Azərbaycan sərhədində baş verən atışma nəticəsində hər iki tərəf itki verib.

"Bizim strateji vəzifəmiz birgəyaşayış formulunu tapmaqdır, başqa variant yoxdur. Heç bir hadisə bizim strateji vəzifəmizi dəyişdirmir ”, - Paşinyan bildirib .

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistan və Azərbaycan danışıqların növbəti raundunun Moskvada keçirilməsi təklifini qəbul ediblər. O, Rusiyanın Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına kömək etmək səylərinin zəifləmədiyini qeyd edərək, aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində baş verən atışmanın Qərbin müdaxiləsi ilə bağlı olduğunu bildirib. Diplomat həmçinin bəyan edib ki, münaqişənin həllində heç vaxt iştirak etməyən kənar oyunçuların və ya strukturların vəziyyətə gətirilməsi sülhə gətirib çıxarmayacaq.

Son xəbərlər

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Bütün xəbərlər