Qətər və Bəhreyn 2017-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etdiklərini elan etdilər

"dogruxeber.tv" Bəhreyn xəbər agentliyinə istinadən BNA xəbər verir ki, Qətər və Bəhreyn 2017-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.

Bu, Ər-Riyadda Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının Baş Katibliyinin mənzil-qərargahında Bəhreyn-Qətər Komitəsinin ikinci iclası zamanı baş verib.

“BMT Nizamnaməsinin prinsiplərinə və 1961-ci il Diplomatik Münasibətlərə dair Vyana Müqaviləsi müddəalarına uyğun olaraq iki ölkə arasında diplomatik münasibətlərin bərpası barədə qərar qəbul edilib”, - deyə agentliyin açıqlamasında bildirilir.

Bəhreyn digər Körfəz ölkələri ilə birlikdə 2017-ci ildə Dohanın terrorizmi dəstəkləməkdə ittiham edilməsi fonunda Qətərlə əlaqələri kəsib. 2021-ci ilin əvvəlində Qətərin qonşu ölkələri Səudiyyə Əl-Ulada keçirilən sammitdə Doha ilə barışıq və tədricən əvvəlki münasibətlər səviyyəsinə qayıtmaq barədə razılığa gəliblər. Bu müddət ərzində Qətər Səudiyyə Ərəbistanı ilə münasibətləri tam bərpa etdi, lakin yaxın vaxtlara qədər münasibətlərin pozulması zamanı Dohanın siyasətini ən sərt şəkildə tənqid edən Bəhreynlə yaxınlaşmağa getmək istəmədi. Son iki ildə Bəhreyn dəfələrlə Qətərə görüşlərə dəvət göndərib, o isə buna məhəl qoymayıb.

dogruxeber.tv
Kamal Əsgərov

Oxunub: 380

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər