“Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır - FOTOLAR

Nitq və eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına xüsusi önəm verən “Nar”, “Təlim Məktəbi” layihəsi çərçivəsində 20 xanıma manikür peşəsi üzrə təlimlər təşkil edib.

"dogruxeber.tv" xəbər verir ki, təlimləri uğurla başa çatdıran xanımlar peşə üzrə sertifikatlarla təmin olunub, eyni zamanda mobil operator onlara öz kiçik bizneslərinə başlamaq üçün lazımi manikür avadanlığı dəstləri də hədiyyə edib. Layihənin əsas məqsədi də məhz iştirakçıların maliyyə azadlığını təmin etmək və onları öz ayaqları üzərində dura bilən fərdlər olaraq cəmiyyətə qazandırmaqdır.



Əksər iştirakçılar artıq bu sahə üzrə əmək fəaliyyətinə də başlayıblar. Bu müsbət tendensiyanın cəmiyyətə faydasına diqqət çəkən “Nar”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əziz Axundov bildirib:“Mobil operator olaraq, əsas məqsədimiz insanların daima ünisyyətdə qalmalarına dəstək olmaqdır. Bu baxımdan eşitmə və nitq məhdudiyyəti olan insanlara dəstək Korporativ Sosial Məsuliyyət strategiyamızın əsas hissəni təşkil edir. Uzun illərdir ki, Nar bu insanların yeni peşələrə sahib olmaları, yeni biliklərin əldə edilməsi və əlbəttə ki, maliyyə azadlıqlarının təmin edilməsi üçün önəmli addımlar atır. Bu layihələri hər zaman davam etdirmək fikrindəyik”.

“Təlim Məktəbi” “Eventiada IPRA Golden World Awards” (Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası Qızıl Dünya Mükafatı) müsabiqəsində “Ən yaxşı sosial layihə” nominasiyasında qalib olub. Mobil operatorun gerçəkləşdirdiyi digər sosial layihələr barədə ətraflı buradan məlumat əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

“Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır - FOTOLAR

“Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır - FOTOLAR

“Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır - FOTOLAR

“Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır - FOTOLAR

“Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır - FOTOLAR

“Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır - FOTOLAR

“Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır - FOTOLAR

Oxunub: 421

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər