Anar Ələkbərov Çin XİN başçısının müavini ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Çin Xalq Respublikasının (ÇXR) xarici işlər nazirinin müavini Ma Caosyü ilə görüşüb.

"dogruxeber.tv" xəbər verir ki, Caosyü təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Çin əlaqələrinin hazırda hər iki dövlət başçıları sayəsində bütün sahələrdə inkişaf etdiyini, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. O, Azərbayan və Çin dövlət başçılarının Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin son sammiti çərçivəsində görüşünün gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşməsi baxımından əhəmiyyətinə toxunub. İki ölkə arasındakı münasibətlərin genişlənməsində Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi humanitar və mədəni layihələrin, həmçinin Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasındakı əməkdaşlığın və hər iki ölkə səfirliklərinin fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan nümayəndə heyətinin pandemiyadan sonra ÇXR-ə səfər edən ilk heyətlərdən olduğunu bildirən Ma Caösyü Azərbaycanın Çinin bütün təşəbbüslərinə daim müsbət reaksiya göstərdiyini, “Bir kəmər, bir yol” təşəbbüsünə verdiyi töhfələri qeyd edib.

O, ələqələrin daha da genişlənməsi üçün bütün dövlət qurumları, qeyri-hökumət təşkilatları və özəl sektor arasında əlaqələrin qurulmasının əhəmiyyətindən danışıb. Nazir müavini ÇXR-in Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıraraq ölkəmizə sülh arzulayıb.

Anar Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikası ilə münasibətlərə hər zaman önəm və dəstək verdiyini, ikitərəfli əlaqələrin inkişafına çalışdığını bildirib.

Azərbaycanın turizm potensialı, işğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən digər bölgələrimizdəki layihələrdə Çin sərmayədarları və şirkətlər üçün imkanların mövcudluğu barədə məlumatlar verilib. Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi humanitar və mədəni layihələrin gələcəkdə də davam etdirəcəyini bildirən Anar Ələkbərov, dövlət qurumlarının da Çinlə əməkdaşlığa yüksək maraq göstərdiyini qeyd edib və Azərbaycan dövlətinin hər zaman “Vahid Çin” prinsipinə dəstək verdiyini vurğulayıb.

Oxunub: 302

Son xəbərlər

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Bütün xəbərlər