gundem / siyaset / dunya
20.06.2023, 15:00
İran və Qətər Dohada danışıqlar aparır
"dogruxeber.tv" tasnimnews-a istinadan xəbər verir ki, İranın xarici işlər naziri və Qətər əmiri çərşənbə axşamı Dohada görüş zamanı bir sıra məsələlər barədə danışıblar.
İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian diplomatik nümayəndə heyətinə rəhbərlik etdiyi Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.
İran və Qətər rəsmiləri ikitərəfli, regional və beynəlxalq arenada qarşılıqlı maraq doğuran məsələlər barədə danışıblar.
Əmirabdollahian Qətərə səfər etdikdən sonra Omana gedəcək.
İranın xarici işlər naziri özünün Tvitter hesabında yazdığı yazıda bildirib ki, Qətər və Omana səfərləri iki ərəb ölkəsi ilə əlaqələrin daha da inkişaf etdirilməsi və üç ölkənin yüksək rütbəli rəsmilərinin əldə etdiyi razılaşmaların təqibi məqsədi daşıyır.
O qeyd edib ki, İranın qonşu dövlətləri böyük iqtisadi, ticarət və siyasi potensiala malikdir.
Əmirabdollahian əlavə edib ki, qonşularla hərtərəfli əlaqələrin davamlı inkişafı İran administrasiyasının xarici siyasət doktrinasının əsas prinsiplərindəndir.
dogruxeber.tv
N.Məmərli



